Yaxın Şərqdə Suriyalı qaçqınların sayı 5 milyon nəfəri keçib
885 dəfə baxılıb
Yaxın Şərq və Şimali Afrikanın müxtəlif ölkələrində yerləşən suriyalı qaçqınların sayı 5 milyon nəfəri keçib. 2017-ci ilin əvvəlindən isə məcburi köçkünlərin sayı 200 min nəfər artıb. Təxminən 500 min nəfər suriyalı müvəqqəti yaşayış düşərgələrində yerləşdirilib.
Selefxeber.az-ın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına istinadən “Deutsche Welle” qəzeti məlumat yayıb.
Suriyadan məcburi köç edənlər Türkiyə, İraq, İordaniya, Livan, Misir və digər müsəlman ölkələrində yaşayırlar. Son 7 il ərzində Suriyadan qonşu ölkələrə 4,9 milyon nəfər məcburi köç edib.
Rəsmi məlumatlara görə, 2015-ci ildə Suriya əhalisinin sayı 18,5 milyon nəfər təşkil edirdi. Hal-hazırda isə Yaxın Şərq ölkələrində yaşayan Suriyalı qaçqınların sayı 5 milyon nəfəri keçib.