“Yəmən böhranı misli görünməmiş tədbirlər görülməsini tələb edir” – BMT
2. 007 dəfə baxılıb
Yəmən böhranı misli görünməmiş tədbirlər görülməsini tələb edir.
Selefxeber.az “Eurasiadiary.com”a istinadən xəbər verir ki, bu barədə BMT-nin 3 qurumu – Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və UNİCEF rəhbərlərinin Yəmənə səfərindən sonra yaydıqları birgə bəyanatda deyilir. Onlar insanların həyatını xilas etmək üçün lazımi tədbirləri Yəmən rəhbərliyi və tərəfdaşlarla koordinasiya etməklə bağlı razılığa gəliblər. BMT qurumlarının rəhbərləri beynəlxalq ictimaiyyəti Yəmən əhalisini dəstəkləmək üçün səyləri artırmağa çağırıblar. Bəyanatda deyilir ki, Yəmən dünyanın ən ağır humanitar böhranı fonunda ən kəskin vəba epidemiyası ilə üzləşib. Son 3 ayda ölkədə 400 000 vəbaya yoluxma faktı qeydə alınıb, xəstəlikdən ölənlərin sayı 1900 nəfərə çatıb. Sənəddə həmçinin Yəmənin aclıq fəlakəti ilə üz-üzə olduğu qeyd olunur.