Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb

Oktyabr 10
17:13 2017

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.

Selefxeber.az xəbər verir ki, “APA”nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan yayılan məlumata dair hələ ki, şərh verilməyib.

Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Digər xəbərlər