Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yəməndə ABŞ səfirliyi ələ keçirilib

Fevral 12
17:43 2015

ABŞ-ın Yəməndəki səfirliyi üsyançılar tərəfindən tutulub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Oman və Qətər hökumətlərinin dəstəyi ilə ölkədən çıxarılan səfirlik işçiləri son anda xilas ola bilib. Səfirliyə məxsus silahlı hərbi avtomobillərin və çoxlu mühüm sənədlərin üsyançıların əlinə keçdiyi bildirilir.

Bu arada ABŞ Dövlət Departamenti işinə xitam verdiyi Yəmən səfirliyi işçilərinin Vaşinqtona gəldiklərini açıqlayıb. Departamentin sözçüsü Cen Psaki səfirliyin bir neçə silahlı avtomobilinin Husi üzvlərinin əlinə keçdiyini təsdiq edib:
“Oman və Qətər hökumətlərinin köməyi ilə səfirliyimizin işçiləri Yəməndən çıxarıldı. Hazırda onlar yoldadırlar. Lakin bir sıra silahlı nəqliyyat vasitələri üsyançıların əlinə keçib”.

Oman və Qətər rəhbərliyinə təşəkkür edən xanım Psaki bölgədəki son səfirlik işçilərinin qırıcılar vasitəsilə ölkədən çıxarıldığını deyib.

Daha sonra Psaki üsyançıların əlinə keçən hərbi vasitələrin, sənədlərin geri qaytarılmasını tələb edib:
“Bunu araşdırırıq. Bu, qətiyyən qəbul edilə bilməz. Mülklərimizə və sahib olduqlarımıza hörmət edilməlidir. Geri dönməyimizin ən əsas şərti onların geri qaytarılmasından ibarətdir”.

 Sələf Xəbər: Mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Mən sizi hörmətə layiq olanlara və müqavilədə olduğunuz insanlara hörmət etməyə çağırıram. Çünki yaşadığınız ölkədə sizlərlə onların arasında müqavilə vardır. Bu belə olmasaydı, onlar ya sizi öldürər və ya çıxardardılar (yəni öz ölkələrindən). Bu müqaviləyə sadiq qalın və onu pozmayın, çünki xəyanət doğru yoldan uzaq olan münafiqlərin xüsusiyyətidir.
“Bu insanlar müsəlman deyillər, deməli onların əmlakı bizim üçün halaldır”,- deyən axmaqlar sizi aldatmasın. Çünki Allaha and olsun ki, bu yalandır — Allahın dini haqqında yalandır, müsəlmanların belə hesab etməsi barədə bir yalandır.

Biz müqavilə ilə bağlı olduğumuz insanlara münasibətdə xəyanətdən danışa bilmərik.
Uca Allah bizə dürüst olmağı əmr edir və buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birlikdə olun”. (Qurani-Kərim, “Tövbə” surəsi, 119-cu ayə)”

Digər xəbərlər