Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yəməndə atəşkəs barədə razılıq əldə edilib

Mart 21
17:46 2016

Yəməndə hökümət qüvvələri və üsyançı husilər 1-2 həftəlik atəşkəs barədə razılığa gəliblər.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə Assosiated Press agentliyi xəbər verib.

Martın 19-da BMT-nin Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd münaqişənin nizamlanmasına dair yeni raund danışıqları təşkil etmək üçün üsyançıların nəzarəti altında olan Sənaya gəlib.

Qeyd edək ki, tərəflər arasında sülh prosesinə son nəticəsiz cəhd ötən ilin dekabrında, Cenevrədə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası ötən ilin martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir”. (Qurani-Kərim, “Hucurat” surəsi, 9-cu ayə)

“Uca Allah möminlərə bir-biri ilə vuruşmağı və öz qardaşlarına qarşı güc tətbiq etməyi qadağan etmişdir. Əgər buna baxmayaraq, möminlər arasında döyüş başlayarsa, onda düşmənçilik edən tərəflərə aidiyyəti olmayan möminlər bu böyük bəlanı dayandırmağa və müsəlmanları barışdırmağa borcludurlar. Onlar öz vasitəçilik vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməlidirlər ki, qardaşlar arasında əmin-amanlıq bərqərar olsun. Onlar sülhə və razılaşmaya nail ola bilsələr, bu çox gözəl olar. Əgər tərəflərdən biri digərinə qarşı zülm etsə, onda müsəlmanlar ədalətsizlik edənlərə qarşı, onlar Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) hökmlərinə tabe olanadək və yaxşılıq etməyə razılaşanadək, zülmün qarşısını almalıdırlar, çünki qan tökülməsi və zorakılıq zülmün ən böyük təzahürüdür.
Müsəlmanlara əmr olunmuşdur ki, belə hallarda ədalətli şərtlərlə sülh əldə edilməsinə kömək göstərsinlər. Düşmənləri ədalətsizcəsinə də barışdırmaq olar və bu zaman tərəflərdən birinin haqqına etinasızlıq edilir və o pozulur, lakin Qüdrətli Allah möminlərə belə müqavilələr bağlamağı qadağan edir. Buna görə, tərəflərdən heç biri, Allahın əmrini pozmasın deyə, öz qohum-əqrəbasının və ya öz tayfasının mənafelərini ədalət prinsiplərindən üstün tutmamalıdır.
Ey möminlər! Qərar qəbul edəndə və ya hökm çıxaranda qərəzli olmayın! Həm də öz zövcələrinizə və övladlarınıza ədalətlə yanaşın!
Bir səhih hədisdə rəvayət edilir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Qərəzli olmayan hakimlər Allahın qarşısında nurdan olan kürsüdə əyləşəcəklər. Onlar – ədalətli qərarlar qəbul edənlər, öz ailələrinə və tabeliyində olanlara ədalətlə yanaşanlardır”. (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər