Yəməndə ölənlərin sayı 234-ə çatdı – Rəsmi
Dekabr 05
17:04
2017
1. 167 dəfə baxılıb
Yəmənin paytaxtı Sənada üsyançı husilərlə öldürülən sabiq prezident Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 234 nəfər həyatını itirib.
Selefxeber.az xəbər verir ki, “Eurasiadiary.com”un “Ria Novosti”yə istinadən məlumatına görə, bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi yayıb. Qeyd olunub ki, qarşıdurmalar nəticəsində 400 nəfər xəsarət alıb.
Tərəflər iriçaplı pulemyotlar, mina və qumbaraatanlardan istifadə edir.
Sələf Xəbər: Uca Allahdan diləyirik ki, müsəlman ölkələrinin üzərində törədilən cinayətləri, təxribatları, müharibələri qaldırsın və ələlxüsus Yəmən xalqına sülh və əminamanlıq bəxş etsin.