Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yəməndə prezident tərəfdarları hərbi bazanı ələ keçirib

Avqust 05
15:49 2015

Yəməndə prezident tərəfdarları və ərəb koalisiyası qüvvələri üsyançıları sıxışdırmağa başlayıb.

Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin tərəfdarları husi üsyançıları və sabiq prezident Əli Abdulla Salehə sadiq qalan hərbçilərlə şiddətli döyüşlərdən sonra ölkənin ən iri hərbi bazalarından olan “Əl-Əlandı” ələ keçirib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Əl-Əland” hərbi bazası ölkənin əsas limanı olan Ədən şəhərinin 60 kilometrliyində yerləşir. Prezident Hadi tərəfdarları limanı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın köməyi ilə nəzarətə alıb. Koalisiyanın məqsədi devrilmiş prezidenti ölkəyə qaytarmaq və husi üsyanını yatırtmaqdan ibarətdir.

Briqada generalı Fadel Həsənin sözlərinə görə baza uğrunda döyüş zamanı onlarla husi yaraqlısı məhv edilib və əsir götürülüb. Yüzlərlə üsyançı qaçmağa müvəffəq olub.

General, həmçinin ölkənin şimalında yerləşən Taiz şəhərinə hücumun davam edəcəyini bildirib. Bu şəhərdə husi üsyançıları və prezident Əbd-Rabbu Mənsur Hadinin tərəfdarları arasında şiddətli döyüşlər gedir.

Yəməndə vətəndaş müharibəsi artıq bir neçə ildir ki davam edir. Toqquşmalar prezident Əli Abdulla Salehin ölkədə davamlı etirazlar fonunda istefa verməsindən sonra başlayıb. 2015-ci ilin əvvələrində husilər və prezident Salehin tərəfdarları olan hərbçilər paytaxt Sananı ələ keçirərək Hadini hakimiyyətdən kənarlaşdırmağa müvəffəq olub. Bundan əlavə onlar əhalinin sıx yaşadığı ölkənin əsas rayonlarını, o cümlədən ən iri liman şəhəri olan Ədəni nəzarətə alıb.

Mart ayının sonlarında Səudiyyə Ərəbistanı husilərlə mübarizə aparmaq üçün ərəb ölkələrindən ibarət koalisiya formalaşdırıb. Ər-Riyad Əbd-Rabbu Mənsur Hadini hakimiyyətə qaytarmaq niyyətindədir.Bu məqsədlə koalisiya qüvvələri husilər tərəfindən nəzarət edilən rayonlara aviazərbələr endirməyə başlayıb. İnsan haqları üzrə BMT Ali Komissarı İdarəsinin məlumatına görə, hava hücumları nəticəsində 1670 dinc sakin həlak olub, 3829 insan yaralanıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər