Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yəməndə şiddətli toqquşmalarda 57 nəfər ölüb

Mart 12
18:45 2016

Yəməndə üsyançı husilərlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 57 nəfər ölüb.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, hökumət qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhəri istiqamətində hücuma keçiblər.

Qanlı toqquşmalarda 37 husi, 14 hökumət əsgəri və 6 dinc sakin ölüb. Məlumata əsasən, son günlər hökumət qüvvələri Taiz şəhərinin ətrafını nəzarət altına almağa müvəffəq olublar.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər