Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yəməndə terror aktını icra edən intiharçının adı açıqlandı

Oktyabr 13
16:57 2014

“Sələf Xəbər” trthaber.com saytına istinadən Əl-Qaidənin Yəməndəki qolu ölkənin paytaxtı Sanada Husilərin toplaşdığı Təhrir meydanında baş verən intihar aktını öz üzərinə götürdüyünü xəbər verir.

Əl-Qaidənin Yəməndə fəaliyyət göstərən qolu olan “Ərəb Yarımadası Əl-Qaidə Təşkilatı” Twitter sosial şəbəkəsi vasitəsilə terror aktına görə cavabdehliyi öz üzərinə götürüb.

Təşkilat üzvləri Husilərin toplaşmağa hazırlaşdığı Təhrir meydanında Əbu Müaviyə əs-Sənani adlı terrorçunun özünü partladaraq terror aktı törətdiyini bildirib. Paytaxt Sananın Təhrir meydanında təşkil olunmuş terror aktında 47 nəfər həlak olub, 75 nəfər isə yaralanıb.

 Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi, mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).

Digər xəbərlər