Yəməndən daha 5 nəfər azərbaycanlı təxliyə edilib
![](http://selefxeber.az/wp-content/uploads/2015/04/sx-news-2002-680x355.jpg)
674 dəfə baxılıb
Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Priazovye” kəşfiyyat gəmisi Yəməndə üsyançılara (husilər) qarşı xüsusi əməliyyatın aparıldığı zonadan 19 ölkənin 308 vətəndaşını təxliyə edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Adenin döyüş zonasından təxliyə edilən şəxslər 19 ölkənin vətəndaşıdır. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Böyük Britaniya, 1-i Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü Türkmənistan, 8-i Özbəkistan, 5-i Azərbaycan, 1-i Bəhreyn, 5-i Cibuti, 159-u Yəmən, 1-i Somali, 3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-i Misir, 1-i Səudiyyə Ərəbistanı vətəndaşıdır”, deyə Konaşenkov bildirib.
Onun sözlərinə görə, təxliyə edilən vətəndaşlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.
Qeyd edək ki, ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri ötən gün Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib.
Məlumata görə, təyyarələr Misirin paytaxtı Qahirəyə dönməyə məcbur olub.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)