Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket hücumu edilib
 
											May 10
										
											16:41
											2016
										
									839 dəfə baxılıb
Dünən Səudiyyə Ərəbistanı Yəmən ərazisindən atılan ballistik raketi məhv edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu barədə Yəməndə hərbi əməliyyatlar keçirən Ərəb koalisiyasının açıqlamasında deyilir.
Səudiyyə Ərəbistanı hadisənin məsuliyyətini husilər və sabiq prezident Abdulla Saleh tərəfdarlarının üzərinə qoyub.
Qeyd edək ki, 11 apreldən bu tərəfə Yəməndə hökumət qüvvələri və husilər arasında atəşkəs davam edir. Sülh danışıqlar prosesi isə 21 apreldə Küveytdə başlayıb.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!








































 
						 
						 
						 
						 
						 
						 
						


