Yəmənin prezidenti ölkəsinə dönüb
Noyabr 17
19:54
2015
671 dəfə baxılıb
Onun təyyarəsi Ədən şəhərinin hava limanında yerə enib.
Yəmən prezidenti Abd-Rabbu Mansur Hadi vətəninə qayıdıb.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Məlumata görə, onun təyyarəsi hakimiyyətin nəzarəti altında olan Ədən şəhərinin hava limanında yerə enib.
Qeyd edək ki, Hadi husilərin qiyamından sonra ölkəsini tərk edib. Abd-Rabbu Mansur Hadi mühacirətdən sonra ilk dəfə bu ilin sentyabrında Yəmənə qayıtmışdı. Qısa müddət sonra isə ölkəsini yenidən tərk etmişdi.
Xatırladaq ki, bir müddət öncə Yəməndəki ərəb dövlətləri hərbi koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanı qiyamçı husilərə qarşı savaşın tezliklə başa çatacağını bildirib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!