Yol qəzası Quran hafizi olmağına səbəb oldu
884 dəfə baxılıb
“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına əsasən 29 yaşlı Hüseyn Bəlğis ən-Naşiri adlı gənc dəhşətli yol nəqliyyat qəzasından sonra Qurani-Kərimi əzbərləməyə müvəffəq olub.
Gənc oğlan başına gələnləri danışır: “Bir neçə il öncə yağışlı gündə avtomobil qəzasına məruz qaldım. Ölümün bir addımlığındaykən Allahın mərhəməti ilə xilas oldum. Hadisə yerindən xəstəxanaya gətirildim. Uzun müddətdən sonra vəziyyətim normallaşdıqda dörd il evimdə müalicə aldım. Arabir profilaktik müalicə üçün Ciddə şəhərində Kral Əbdüləziz adına xəstəxanaya gedirdim. Mən bir daha ayağa durub normal şəkildə gəzə bilməyəcəyimi düşünüb olduqca kədərli və məyus vəziyyətdəydim. Allah elə istədi ki, mən adı çəkilən xəstəxanada “Ciddə Dərnəyi” adlı ictimai birlikdə Əbdülhəmid Cabu adlı Qurani-Kərim müəllimi ilə qarşılaşdım. O, mənə bildirdi ki, Quran mənim qəza səbəbi ilə yaranmış bütün psixoloji problemlərimi həll edəcək və mənfi xüsusiyyətlərimi dəyişəcək”.
Gənc oğlan sözünə belə davam edir: “Mən evimə qayıtdıqdan sonra hər gün Quran ayələri əzbərləyir və əzbərlədiklərimi telefon vasitəsi ilə müəllimim Əbdülhəmid Cabuya danışırdım. Bu minvalla Allahın köməkliyi ilə bir il ərzində Qurani-Kərimi tam əzbərlədim. Daha sonra müəllimim mənim evimə gələrək üç gün bizdə qaldı və bu müddət ərzində mənə təcvid (Quran oxumaq qaydaları) öyrətdi. Bir müddət sonra mən Qurani-Kərim müsabiqəsində iştirak etdim və Allahın lütfü ilə birinci yerə nail oldum”.
Daha sonra gənc oğlan ən-Naşiri xəstəlikdən əziyyət çəkən hər kəsə müraciət edərək bildirir: “Allahın yazdığı qədər qarşısında ümidsiz olmayın, səbir nümayiş etdirin. Siz Qurani-Kərimi əzbərləməklə əsl xoşbəxtliyi, köksünüzün genişləndiyini hiss edəcəksiniz. İşlərinizin ram olduğunu görəcəksiniz. Quran onunla yaşayanın qəlbini bağçaya çevirir.”
Hüseyn Bəlğis ən-Naşiri başda valideynləri olmaqla ona göstərilən qayğıya görə hər kəsə təşəkkürünü bildirib. O, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir!” – hədisini örnək tutaraq hal-hazırda bacarığını inkişaf etdirərək Qurani-Kərim müəllimi olmaq istədiyini də bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə).
Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət). Müqəddəs Quranın əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur. Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Buna aşağıdakı Quran ayəsi dəlalət edir: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qurani Kərim, “Qamər” surəsi, 22-ci ayə)
Dünyada heç bir dini kitabda insanların, müsəlmanları öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.
Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Müqəddəs Quran, “Hicr” surəsi, 9-cu ayə).