Zavahiri: “Bin Laden “Müsəlman qardaşlar” partiyasının üzvü idi”
1. 025 dəfə baxılıb
“əl-Qaidə” qruplaşmasının başçısı Eymən Zavahiri etiraf edib ki, Usamə bin Laden “müsəlman qardaşlar” partiyasının üzvü idi və Sovet hücumları zamanı həmin partiya özü onu Pakistana göndərmişdi. Partiyaın təlimatlarına görə o, Əfqanıstana girməli deyildi, lakin Usamə əmrlərə qarşı çıxdı.
“Sələf Xəbər” alarabiya.net-ə istinadən bildirir ki, bu söhbət “əl-Arabiya” kanalında “Ölüm sənayesi” proqramının “Müsəlman qardaşlar” partiyasının radikal qruplaşmalar və silahlı zorakılıq hərəkatları ilə əlaqəsindən və birgə səyindən danışan yeni verilişində deyilib. Verilişdə yetmişinci illərdə yaranan “Təkfir va əl-hicra” kimi təkfir qruplaşmalarından başlayaraq “Cihad”, “əl-Qaidə” və “İŞİD” qruplaşmaları barədə də söhbət açılıb.
“əl-Qaidə” qruplaşmasına tabe olan “əs-Səhəb” müəssisəsinin yayınladığı video lentdə Zavahiri Pişəvər şəhərində Usamə bin Laden ilə “Müsəlman qardaşlar” partiyasının başçısı Mustafa Məşhur ilə xüsusi görüşün sirlərini də nəql edib.
Sələf Xəbər: XX əsrin görkəmli hədis alimi, məşhur Misir alimi şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) deyirdi: “Bizə dəqiq məlumdur ki, şeyx Həsən Bənnanın hərəkatı və onun “Müsəlman Qardaşlar” partiyasına kommunistlər və yəhudilər sponsorluq edir. Bu partiya İslam dəvətini dağıdıcı cinayətkar çağırışa çevirib”. (“Şuun ət-Təlim va əl-Qadaa”, səh. 48)
Qeyd edək ki, görkəmli İslam alimi şeyx Əbdüləziz İbn Bəz (Allah ona rəhmət etsin) Əl-Qaidə lideri Usamə bin Laden barəsində demişdir: “Usamə bin Laden – dünyada fitnə-fəsad yayanların cərgəsindəndir!” (“Caridatul-muslimin” № 607. 8/5/1417-ci hicri ili)