“Zəm-zəm” quyusu yenidən qurulur – FOTO
1. 729 dəfə baxılıb
Bir müddətdir ki, müqəddəs Məkkə şəhərindəki Əl-Haram məscidində “Zəm-zəm” quyusunun yenidən qurulma və bərpa işləri aparılır. Bununla əlaqədar olaraq, Məkkə qubernatorunun müavini Şahzadə Abdullah bin Badr bin Əbdüləziz “Əl-Haram” məscidini ziyarət edərək “Zəm-zəm” quyusunda bərpa işlərini izləyib.
Selefxeber.az-ın “marwa.ru“ya istinadən xəbərinə görə, quyuda aparılan bərpa işləri zamanı beton boru kəmərinin dəyişdirilməsi və 5 əlavə su anbarının quraşdırılması nəzərdə tutulub. Layihəyə nəzarət edən mütəxəsislər bildiriblər ki, quyunun bərpası zəm-zam suyunun daha çox paylanmasına və daha çox zəvvarın su ilə təmin olunmasına kömək edəcəkdir.
Bərpa işlərinin zəvvarların Məkkəyə daha çox axın etdiyi gələn Ramazan ayına kimi bitirilməsi planlaşdırılır.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Yer üzünün ən xeyirli suyu Zəm-zəm suyudur. Zəmzəm suyunda tam bir qida və xəstəlikdən şəfa var”. (ət-Tabarani, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)