Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Zərdabda dünyanın ən balaca “Quran” kitabı saxlanılır

Fevral 08
15:45 2017

Bəlkə də dünyanın ən balaca kitabı Zərdab rayonunun Bıçaqçı kənd sakini Elton Zəkizadənin evindədir. Eni 1 sm, uzunlugu isə 1.5 sm-dir.

Selefxeber.az-ın məlumatına görə “Xezerxeber.az” xəbər verir ki, Elton Zəkizadənin sözlərinə görə, yaşı 2 əsrə bərabər olan kitab onlara nəsildən nəslə ötürülüb. Kitabın yaşını vərəqlərinin köhnəlməsi və bəzi hərflərin pozulmasından da müəyyənləşdirmək olar.

İçində yazılanların həqiqətən quran ayələrinin olmasını din adamları da təstiqləyir. Onlar bildirir ki, kitabda Qurani-Kərimdə olan ən təsirli surə və ayələr var. Miniatür kitabın ölçülərinə baxmayaraq, onu adi gözlə oxumaq mümkündür.

Elton Zəkizadə qədim kitabın dünyada ən kiçik olub-olmamasını da araşdırıb. İnternetdə şəkillərini paylaşıb və belə kitabları olanlarla əlaqə saxlayıb.

Elton deyir ki, balaca kitab maraga səbəb olur. İnternetdə paylaşıldıqdan sonra çox adam yazışma yolu ilə fikirlərini bildiriblər. O, bu kitabı saxlayaraq gələcək nəsillərə ötürmək niyyətindədir.

Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).

20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar. Buna şeyx cavab verib:

“Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).

Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq daha sonra divardan asması barədə bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s.-yə gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizə məlum deyil. Və bu cür əməllərdə fayda yoxdur. Əksinə, belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.

Digər xəbərlər