Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ziyafət yeməkləri qocalar və uşaqlar evlərinə paylanıb

Oktyabr 31
16:34 2014

“Sələf Xəbər” www.radikal.com.tr saytına istinadən xəbər verir ki, Ankarada Cümhuriyyət Bayramı münasibətilə təşkil ediləcək qəbul ziyafəti üçün hazırlanmış yeməklər qocalar evi, uşaqlar evi, sevgi evi və reabilitasiya mərkəzinin sakinlərinə paylanacaq.

Prezident Sarayında keçirilməsi planlaşdırılan və Ermenek bölgəsində kömür mədənində baş vermiş qəza səbəbi ilə ləğv edilən qəbul ziyafətinə dəvət edilmiş qonaqlara Türkiyənin müxtəlif regionlarının mətbəxinə məxsus yeməklər təqdim olunacaqdı.

Qəbul ziyafətinin ləğv edilməsi səbəbilə bütün yeməklərin vətəndaşlara paylanmasına qərar verilib. Belə ki, yeməklər Ankaradakı qocalar evi, reabilitasiya mərkəzi, uşaq evi və sevgi evi sakinlərinə göndərilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 60-cı ayə).

“Xeyirxah və Uca Xaliq xəbər verir ki, O (Pak və Müqəddəs Olan) təklikdə bütün məxluqlarının ruzisi haqqında qayğı çəkir. Həm güclü olanlar, həm də aciz məxluqlar yalnız öz Rəbbinin qayğısı sayəsində ruzi tapırlar. Nə qədər heyvanlar da vardır ki, onlar nəinki gücdən, həm də ağıldan məhrumdur! Onlar özlərinə yem ehtiyatı tutmur, amma Mərhəmətli Allah yer üzündə onlara hər birinin qismətini aramsız olaraq əta edir.

Ey insanlar! Bununla yanaşı Allah sizin özünüzü də ruzi ilə təmin edir. Sizin hər biriniz Allahın himayəsi altındadır. O (Pak və Müqəddəs Olan) bütün varlıqları yaratmış, məxluqlarının talelərini yönəldir və onlara zəruri olan hər şeyi əta edir. O – Eşidəndir, Biləndir. Buna görə heç bir şey Onun xəbəri olmadan baş vermir və heç bir canlı məxluq, guya Allahın onun varlığını unuda biləcəyinə görə, acından ölə bilməz.” (Bax “Təfsir As-Saadi”).

Digər xəbərlər