1 kivi 1 kq portağalı əvəz edir
Dekabr 11
17:01
2015
733 dəfə baxılıb
Yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılayan 1 ədəd kivi 1 kiloqram portağala bərabərdir.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Türkiyənin Ordu Universitetinin professoru Turan Karadeniz bu qənaətə gəlib.
Kivinin vitaminlə zəngin olduğunu deyən professor qeyd edib ki, 50-60 qramlıq kivi yetkin insanın gündəlik C vitaminini qarşılayır.
T.Karadeniz əlavə edib ki, insan orqanizmi hər gün C vitamininə ehtiyac duyur: “Orqanizmin özü bu vitamini istehsal edə bilmir. Buna görə də C vitamini kənardan alınmalıdır. C vitamini ilə zəngin olan kivi qrip və soyuqdəyməyə qarşı faydalıdır”.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)