Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

1 milyard insanın korluq təhlükəsi

Yanvar 14
18:43 2016

Aparılan araşdırmalara görə, 2050-ci ilə qədər dünya əhalisinin yarısı (təxminən 5 milyard) görmə qabiliyyətini itirəcək. Hazırda dünyada 2 milyarddan çox insan yaxını görmür.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, türkiyəli göz həkimi Özər Kavalcıoğlu 50-ci ilə qədər, təxminən 1 milyard insanın korluq riski ilə qarşılaşacağını deyib. Onun sözlərinə görə, yaxını görmə problemi əvvəllər, adətən, yaşlı insanlarda rast gəlinirdi:

“Lakin statistika göstərir ki, bu problem son 30 ildə yeniyetmələr arasında geniş yayılıb. Hazırda lazer texnologiyaları ilə aradan qaldırmaq mümkün olsa da, bu, mühüm problemin yaranmaması, göz sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlər önəmlidir. Bu, məktəblərdə maarifləndirmə yolu və ya səhiyyə təşkilatlarının dəstəyi ilə həyata keçirilməlidir. Əsas məsələ uşaqlara hələ kiçik yaşından görmə qabiliyyətini qorumağı öyrətməkdir”.

Özər Kavalcıoğlu sensorlu telefon, planşet və kompyuter kimi müasir texnologiyaların görmə qabiliyyətini zəiflətdiyini deyib:

“Elektron cihazlardan yayılan yüksək enerji və ya mavi şüalar gözlərə birbaşa təsir göstərir. Valideynlər uşaqlarını hər gün ən azı iki saat təmiz havada, gün işığında vaxt keçirmələri üçün təşviq etməlidir. Çünki təbii işıqlar gözlərimiz üçün çox faydalıdır. Bundan başqa, uşaqların planşet, mobil telefon, elektron oyunlar, televiziya və digər cihazlardan istifadə etməsinə məhdudiyyət qoyulmalıdır”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 895 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 546 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 001 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 556 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 181 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 576 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 377 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 936 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 432 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 915 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN