40 dərdin dərmanı: amerikalıların gənclik iksiri
2. 639 dəfə baxılıb
40 dərdin dərmanı hesab edilən amerikalıların gənclik iksiri xərçəngi belə sağaldan vasitə kimi istifadə olunur.
Selefxeber.az-ın “eurasiadiary.az”-a istinadən məlumatına görə Denni Mak Donald adlı şəxsə həkimlər mədə xərçəngi olduğunu və 3 ay ömrünün qaldığını bildirsə də, o, Amerikanın bu gənclik iksirindən istifadə edərək özünə uzun bir ömür qazanıb. O, həkimlərin məsləhətlərini nəzərə almamaq qərarına gəlib və kimyəvi üsul ilə ağır dərman müalicələrindən imtina edib. Denni Mak Donald təbii vasitələrlə öz həyatını xilas etməyə başlayıb. Bu hadisənin üzərindən 4 il keçib və Denni özünü çox yaxşı hiss edir.
Xərçəngi məhv edən gənclik iksirinin hazırlanmasında əsas rolu el arasında səməni kimi tanınan, buğda cücərtməsi oynayır. Reseptin hazırlanma preseduru isə çox sadədir:
Buğdanı səməni kimi göyərdirsiniz. Onun yaşıl hissələrini biçib ət maşınından və ya blenderdən keçirib, istifadə edirsiniz.
Səməninin faydaları nədən ibarətdir?
– Tərkibində bol miqdarda A, B, C, E, B 17 vitaminləri daxildir.
– Xərçəng hüceyrələrini öldürür.
– Kalsium, dəmir, fosfor, maqnezium mənbəyidir.
– Qaz problemlərini aradan qaldırır.
– Həzmə kömək olur.
– Enerji verir, immunitet sistemini gücləndirir.
– Qandan və hüceyrələrdən toksinləri təmizləyir, qanın PH-ı tarazlayır.
– Qanın oksigen daşıma tutumunu artırır.
– Qan şəkərini tarazlaşdırır.
– Qırmızı qan hüceyrələrini artırır, qandakı bakteriyaları təmizləyir.
– Antioksidant xüsusiyyəti var.
– Arıqlamağa kömək olur.
– Dərini təmizləyir.
– Menopauz simptomlarını yüngülləşdirir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır” (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1).