Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

5 vaxt namazın görmə qabiliyyətinə təsiri

İyul 04
15:48 2015

“Sələf Xəbər” “Watan.com”-a istinadən 5 vaxt namazın insanın görmə qabiliyyətinə necə müsbət təsir etdiyini diqqətinizə çatdırır.

Müsəlmanlar bir qayda olaraq söz və əməllərində Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) buyurduqlarını etməklə onun sünnəsinə bacardıqca çox riayət etməyə çalışırlar.

Bu sünnələrdən biri də namaz zamanı səcdədə alnımızın toxunduğu yerə nəzərin cəmlənməsidir.

Namaz əsnasında ibadət edən şəxsin ayaqdaykən və səcdə etdiyi zaman alının yerə toxunduğu nöqtəyə baxdığı məsafə bir neçə dəfə dəyişir. Bunun nəticəsində də göz büllurunun qabarıqlığı və eyni zamanda şüanı sındırma qabiliyyəti artmış olur. Eləcə də gözdaxili təzyiqin sabitləşməsi də baş verir. Bu da insanın gözünün daha funksional və sağlam olmasına səbəb olur.

Beləliklə, namaz qılan şəxs Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə müvafiq olaraq dəfələrlə etdiyi bu “məşq” sayəsində müxtəlif göz xəstəliklərindən qorunaraq görmə qabiliyyətini daha da yaxşılaşdırır.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN