Ağciyər xərçəngindən qorunmaq üçün möcüzəvi və sadə içki
1. 876 dəfə baxılıb
Xərçəng, xüsusilə ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan ürək-damar xəstəliklərindən sonra ikinci yerdə gəlir. Hər il təxminən 10 milyon insana xərçəng diaqnozu qoyulur, 8 milyon insan isə xərçəngdən həyatını itirməkdədir. 2020-ci ildə isə bir ildə xərçəngə tutulan insanların sayının 15 milyondan çox olacağı təxmin edilir.
Xərçəng bədəndə olan xərçəng hüceyrələrinin böyüməsi və inkişafı nəticəsində yaranan xəstəlikdir. Xərçəngin yaranmasına səbəb olan faktorlar arasında qeyri-sağlam qidalanma, siqaret istifadəsi, stress, infeksiya xəstəlikləri, spirtli içkilər və gigiyena şərtləri yer tutur. Dünya həkimləri bu xəstəliyin tam müalicəsi ilə bağlı müxtəlif araşdırmalar aparsalar da, xərçəngin dərmanı hələ də tapılmayıb.
Buna baxmayaraq, mütəxəssislər xərçəngin qarşısını almaq üçün qidalanmaya fikir verməyi mütləq hesab edirlər.
Selefxeber.az-ın “Ailem.az“-a istinadən türkiyəli dietoloq Aişə Tuğba Şengelin xərçəng təhlükəsi və onun qarşısını almağın yolları ilə bağlı fikirlərini sizlərə təqdim edirik.
Həkim deyir ki, ideal çəkidə olmaq, sarımsaq, brokoli, gül kələm, brüssel kələmi, soğan yeməyi artırmaq, quru paxla, tam taxıllı məhsullar kimi lif qaynaqlı qidalar yemək, tərəvəz, meyvə yeməyi çoxaltmaq, qızartma, qovurma, hazır qidalardan uzaq dayanmaq xərçəngə tutulma riskini azalda bilər: “Aparılan araşdırmalar ən çox ağciyər xərçənginin üstünlük təşkil etdiyini göstərir. Xərçəngin bu növünün yaranmasının ən böyük faktoru isə siqaret çəkməkdir. Siqaret hər il təxminən 4,5 milyon insanın ölümünə səbəb olur. Bu rəqəm 2020-ci ildə 7,5 milyona çata bilər. Siqaret bədənin müdafiə sisteminə təsir edir və immunitet sistemini aşağı salır. Buna görə də siqaret çəkən insanların antioksidan qaynağı olan A, C və E vitaminləri ilə zəngin qidalanmaları şərtdir”.
Mütəxəssis ağciyər xərçənginə düşmən olan antioksidant tərkibli içkidən də bəhs edib. Dietoloqun məsləhət gördüyü içkinin hazırlanma qaydası ilə sizi də tanış edirik.
Ərzaqlar:
– Fındıq böyüklüyündə təzə zəncəfil
– 4-5 budaq tərə
– 1 diş sarımsaq
– 1 stəkanı qaynadılmış keçibuynuzu suyu
Hazırlanması:
Bütün vəsaitləri 1 stəkan qaynadılmış keçibuynuzu suyuna qarışdırıb blenderdan keçirin. Həftədə 1 dəfə içə bilərsiniz.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır” (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1).