Albalı suyunun əvəzsiz faydası
1. 736 dəfə baxılıb
Gündə bir stəkan albalı suyu içmək vücudun günlük antioksidant ehtiyacını ödəyir. Yaqut qırmızı rəngli albalı mürəbbəsi və suyu bir çox xəstəliyə qarşı orqanizmdə güc yaradır. Albalıdakı qırmızı rəng hüceyrələrin yenilənməsinə səbəb olur. Ürək-damar xəstəliklərində xərçəngə tutulmaq riskini azaltmağa yardım edir. Əzələ ağrılarının azalmasına, yaddaşın möhkəmlənməsinə və kiloya nəzarət etməsində əvəzsiz rola malikdir.
“Sələf Xəbər” Atv.az-a istinadən albalının faydalarını təqdim edir:
Albalı əsl vitamin deposudur. Tərkibindəki A və B vitamini sodium, potasium, kalsium və fosfor mineralları insanı qızdırma kimi xəstəliklərdən qoruyur. Dadı turşməzə və qara gilasa nisbətən daha az şəkərli olduğu üçün az kalori verir. Mədə və qaraciyərin davamlı olaraq yaxşı işləməsinə kömək etməkdən əlavə, vücudda yığılan artıq suyun xaricə çıxmasına da kömək edir. Albalının meyvələri yeyildikdən sonra saplarının qurudulub dəmləməsi böyrəkləri, sidik yollarını təmizləyər və revmatizmə kömək edir.
Təbii ağrıkəsici:
Albalı əzələ ağrılarını azaldır. Ağrıkəsici yerinə təbii albalı suyu içmək məsləhətdir. Zehni açır. Damarların sərtləşməsinə mane olur, qan dövranını nizama salır, iltihablanmanın qarşısını alır. Albalı suyu xalq arasında zehni açması ilə tanınır, yaddaşı möhkəmləndirməsi üçün son dərəcə faydalıdır. Mütəxəssislər tələbə və şagirdlərə gündə bir stəkan albalı suyu içməyi məsləhət görürlər.
Qırışlara qarşı albalı suyu:
Tərkibindəki bol fosfor sinirləri qüvvətləndirərək insana sakitlik bəxş edir. Böyrəklərin dostu sayılan yaz mövsümünün ləziz meyvəsi albalı vücudda yığılan zəhərli maddələrin qaraciyər və böyrək yolu ilə xaricə atılmasını təmin edir. Həmçinin albalı bədəndəki duzların vücuddan xaric edilməsini təmin edir, revmatizma və damar sərtlliyi müalicəsində geniş istifadə edilir. Mütəxəssislər albalının digər faydalarını belə sadalayır. Albalının digər faydası qəbizliyi aradan qaldırmasıdır. Xüsusən də bayat və quru yeməklərin zərərlərini öldürür. Qanın təmizləməsində də böyük rol oynayır. Üzdə yaranan sızanaqları aradan qaldırır və yaraları tez sağaldır. Albalı suyunun üz və boyun hissəsinə çəkilməsi dəridəki bir qisim qırışları azladır və yaranmasına mane olur. Albalı zəhərlənmədən sonra qaraciyərin yükü azaldaraq sağalmasına da yardım edir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)