Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər
2. 142 dəfə baxılıb
Almaniyalı həkimlər və alimlər qəlyanın ölümcül təhlükəli olması barədə əhaliyə xəbərdarlıq ediblər.
Selefxeber.az-ın Oxu.az-a istinadən xəbərinə görə, son vaxtlar Almaniyada qəlyan tərəfdarlarının “Şişa-trend” adlı yeni hərəkatı böyük populyarlıq qazanıb. Bavariya səhiyyə naziri Melani Qaml qəlyanın siqaretdən daha zərərsiz olması barədə məlumatları uydurma adlandırıb. O, insanları zərərli vərdişdən dərhal imtina etməyə çağırıb.
Almaniya qida məhsullarının təhlükəsizliyi üzrə dövlət idarəsinin analitikləri belə qənaətə gəliblər ki, qəlyan hətta tütünsüz də çox zərərlidir. Müəyyən edilib ki, kömürün yandırılması zamanı əmələ gələn dəm qazının yüksək konsentrasiyası ürək və ağ ciyərlərdə ciddi problem yaradır və astma xəstəliyinə səbəb ola bilər.
Qəlyan çəkən insanların orqanizmində zərərli maddələr yığılır, tənəffüs sistemində daimi öskürəklə müşahidə olunan ciddi problemlər yaranır.
Almaniya səhiyyə nazirliyi əhaliyə həm tütünün, həm də tütün əvəzedicilərinin ziyanı barədə ciddi xəbərdarlıq edib.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, insana yalnız xeyir verən şeyləri əmr edir, ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.
20-ci əsrin görkəmli islam alimi, şeyx Useymindən (Allah ona rəhmət etsin), siqaret çəkmək barədə rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.”(Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə). Peyğəmbər (ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.
Tibb sübut edir ki, siqaret çəkmək sağlamlığa ziyan vurur, hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin).