Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Apteklərdə dərman qıtlığı var

Avqust 27
18:14 2015

Ölkə başçısının iradından sonra dərman bazarındakı xaotik vəziyyətin qaydaya salınması, daha 800-dən çox dərmanın qiymətinin ucuzlaşması barədə qərar açıqlandı.

Bu dəfəki siyahıda adları olan pereparatların, təxminən dörddə biri 3 dəfə ucuzlaşıb. Bu, Tarif Şurasının ikinci qərarıdır. Yaxın 20 gündə qüvvəyə minəcək qiymət siyasətiylə bağlı artıq indidən apteklərdə vəziyyət dəyişib. Apteklərdə dərman qıtlığı müşahidə edilir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif Şurası tərəfindən bundan əvvəl qiyməti endirilən 250-dən çox dərman vasitəsinin siyahısına daha 801 preparatın adı əlavə edilib.

Böyük sosial əhəmiyyət kəsb edən bu proses sentyabrın 15-nə qədər dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox dərman vasitəsinin hər birinə şamil ediləcək.

“Hazırda təsdiqlənən qiymətlər ümumilikdə qeydiyyata alınan dərman vasitələrinin, təqribən 15 faizini təşkil edir. Bundan sonra da həmin tərkibdə dövlət qeydiyyatına alınan dərman vasitələri yalnız onlar üçün qiymətlər təsdiq edildikdən sonra satıla bilər”.

Artıq dərmanların siyahısının yer aldığı cədvəl bütün apteklərə göndərilib. Apteklərdə isə məsələ ilə bağlı bir qədər anlaşılmazlıq var.

Çünki qiyməti tənzimlənən preparatları rəflərdə tapmaq olmur.

“Sələf Xəbər” Milli.Az-a istinadən xəbərinə görə, artıq bir müddətdir ki, əlində resept olan xəstə nə aşağı, nə də yuxarı qiymətə adı siyahıda yer alan dərmanı ala bilmir. Bəs bunun səbəbi nədir?

“Cədvəldə yer alan bütün dərmanlar geri qaytarılıb, satışda yoxdur. Əvvəl siyahıda olan dərmanların sayı 200, 600 və daha sonra 800 olduğuna görə ola bisin ki, bunun sayı artsın. Bu səbəbdən Tarif Şurası bütün dərman siyahılarını təsdiqləyənədək biz bütün adları sadalanan dərmanları geri qaytarmışıq. Siyahı tam deyiləndən sonra sentyabrın 15-dən sonra yeni qiymətlərlə həmin dərmanı alıb yenidən ucuz satışa başlayacağıq”, – deyə əczaçı Xəyalə Behbudova bildirib.

Sadalanan səbəbdən apteklərdə tapılmayan dərmanlar daha bir məsələni açıq saxlayır. Sentyabrın 15-nə qədər bu və ya digər preparata ehtiyacı olan xəstə neyləməlidir?

Suala cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər ki, Azərbaycanda dərman qıtlığından söhbət gedə bilməz. Sadəcə, qiyməti tənzimlənən dərman vasitələrinin yeni qiymətlərinin qablaşdırmanın üzərində çap edilməsi üçün onlar geri yığılıb.

Bu müddət ərzində həkim məsləhətilə həmin preparatların əvəzləyicisi istifadə edilə bilər.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 137 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 015 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 374 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 027 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 626 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 975 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 875 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 445 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 807 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 454 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN