Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Azərbaycanda alkoqoliklərin sayında azalma var

Fevral 27
16:15 2016

Azərbaycanda son 5 il ərzində rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı artsa da, ötən il ilk dəfə olaraq, onların sayında azalma müşahidə edilib.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyindəki mənbədən verilən məlumata görə, ötən il ərzində Azərbaycanda 21 777 nəfər alkoqolik qeydə alınıb. 2014-cü ildə alkoqoliklərin sayı 22 278, 2013-cü ildə 21 584, 2012-ci ildə 21 103, 2011-ci ildə isə 19 765 nəfər olub.

Ölkədə alkoqoliklərin sayının azalmasının əsas səbəbi yeni qeydiyyata alınan alkoqoliklərin sayının azalması ilə izah edilir.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2015-ci ildə 15-17 yaşlı 1 (2014-cü ildə 1), 18-24 yaşlı 343 (2014-cü ildə 517), 25-29 yaşlı 928 (2014-cü ildə 1240), 30-34 yaşlı 1599 (2014-cü ildə 1429), 35-39 yaşlı 1660 (2014-cü ildə 1669), 40-44 yaşlı 2709 (2014-cü ildə 2583), 45-49 yaşlı 3175 (2014-cü ildə 3027), 50-54 yaşlı 3347 (2014-cü ildə 3245), 55-59 yaşlı 3434 (2014-cü ildə 3374), 60 yaşdan yuxarı isə 4582 (2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

Qadın alkoqoliklərin ümumi sayı da əvvəlki illərlə müqayisədə ötən il ilk dəfə olaraq, azalıb. Ümumilikdə hazırda Azərbaycandakı alkoqoliklərin yalnız 859-u qadındır. 2012-ci ildə rəsmi qeydiyyata alınmış alkoqoliklərin 873-ü, 2013-cü ildə 891-i , 2014-cü ildə isə 901-i qadın olub.

Ötən il də yeni qeydiyyata alınan 619 alkoqolikin 10-u (2014-cü ildə də 10 nəfər) qadın olub. Qadın alkoqoliklər arasında 30-39 yaşlılar üstünlük təşkil edir.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda alkoqoliklər yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

Azərbaycanda məhkəmənin qərarı ilə verilən qərarlar istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından onların müalicəsinin aparılması üçün də özlərinin istəyinin olması vacibdir. Azərbaycanda alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?” (Qurani-Kərim, “Maidə” surəsi, 90,91-ci ayələr)

İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir, ona ziyan vuran şeyləri qadağan edir.
Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.
Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır”. (İbn Macə)
“İnsanı çirkaba salan və şeytanın əməllərinə aid olan günahlardan daha dəhşətli və daha yaramaz nə ola bilər ki? Onu toruna ilişməyə və heyvan öz çobanına tabe olduğu kimi, özünə itaət etməyə məcbur edir. İnsana uğur qazanmağa mane olur, möminlər arasında düşmənçilik və ədavət yaradır və onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırır?! Bunlardan ağır nəticələr verə bilən, ümumiyyətlə, daha nə ola bilər?!
Bunu nəzərə alaraq, Uca Allah dərrakəli insanlara bu günahları törətməyi qadağan edərək buyurmuşdur ki, onlardan özləri boyun qaçırsınlar. Bunun səbəbləri ondadır ki, əgər dərrakəli insan belə əməllərin pis nəticələri üzərində düşünərsə, heç kimdən öyüd-nəsihət və qəti xəbərdarlıqlar gözləmədən hökmən onlardan imtina edər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 645 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 497 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN