Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Azərbaycanda elektron reseptlər istifadə ediləcək

Yanvar 17
16:36 2017

“Azəbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə elektron reseptlərin tərtib edilməsi nəzərdə tutulur.

Selefxeber.az-ın “Trend“-ə istinadən xəbərinə görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, elektron reseptlərin tətbiqi bu gün artıq zərurətə çevrilib:

“Hər bir həkimin elektron ünvanı və kodu olur. O kodla təyinatın hansı klinikadan hansı həkimin verdiyini müəyyən etmək olur. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimin xəstəyə resept yazmasına ehtiyac qalmır. Xəstənin adı, soyadı və digər məlumatları ilə birgə resept elektron sistemə yerləşdirilir. Xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanları ala bilər”.

M.Quliyev qeyd edib ki, əgər xəstə kağız formada yazılmış resepti itirərsə və ya resept yararsız hala düşərsə, sonradan lazım olduğunda həmin xəstənin hansı xəstəliklər keçirdiyi, hansı müalicəni aldığı və hansı dərmanları qəbul etdiyi barədə məlumatları əldə etmək çox çətin olur:

“Bəzi hallarda xəstə barəsində təcili qərar qəbul etmək lazım gəlir, lakin xəstə haqqında məlumatların olmaması vaxtında və düzgün qərar qəbul etməyə çətinlik yaradır. Elektron reseptlərin tətbiqindən sonra bu cür problemlər yaşanmayacaq, xəstə haqqında məlumatları çox asan və tez şəkildə əldə etmək mümkün olacaq. Ümumilikdə, elektron resept tətbiqinin üstünlükləri çoxdur”.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:“Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”.(Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 972 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 604 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 080 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 618 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 235 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 642 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 434 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 984 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 492 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 963 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN