Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Azərbaycanda satılan bu dərmanları aldanıb almayın!

Dekabr 16
18:59 2015

“Nurofen”, “Nurofen Migraine Paine”, “Nurofen Tension”, “Miqraleve”, “Anadin”, “Sudafed Sinus”, “Nurofen Ekspress”, “Feminaks Ekspress”… Bu dərmanlar başağrıları, bel və bədənin müxtəlif əzalarında ağrıları çox qısa zamanda kəsən, həddən artıq effektiv dərmanlar kimi reklam olunur. O da vurğulanır ki, adları çəkilən dərmanlar arasında ciddi fərqlər var.
Həmin dərman preparatlarını Britaniyanın “Reckitt Benckiser” şirkəti istehsal edir.
Şirkət alıcıları aldadır, çünki “dərmanlar arasında fərq olduğu” deyilsə də, əslində bəhs etdiyimiz preparatların istisnasız olaraq hamısı ibuprofen əsasında hazırlanır və faktiki olaraq bu kimyəvi qarışıqdan ibarətdir.
“Sələf Xəbər”in Milli.az-a istinadən xəbərinə görə, Avstraliyada şirkətin fəaliyyəti araşdırılıb və bəlli olub ki, “effektiv” adlandırılan preparatlar əslində “Nurofen” farmasevtik vasitələrinin ən ucuz məhsulları ilə identikdir. Lakin “effektiv” kimi reklam edilən “Nurofen versiyaları” adi preparatlardan 2 dəfə baha satılır.
Avstraliya Federal Məhkəməsinin qərarına görə, bu preparatların satışı dayandırılmalıdır.
“Reckitt Benckiser” məhkəmənin qərarı ilə razılaşsa da, reklam fırıldaqları edərək alıcıları aldatmaq niyyətində olmadığını bəyan edib.
“Reckitt Benckiser” şirkəti dərman preparatları ilə yanaşı, məişət kimyası, gigiyena və dəriyə qulluq vasitələri də satır, “Clearasil”, “Dettol”, “Dosia”, “Durex”, “Finish” təki məhsulları istehsal edir.
Şirkət “Qeviskon” və “Strepsils” preparatlarını da satır.
Rusiyada “Nurofen” və onun “törəmələri”nin apteklərdə reseptsiz satışı qadağan olunub. Avropa Birliyi ölkələrində də belədir.
Azərbaycanda isə bu preparatları istənilən aptekdən reseptsiz almaq mümkündür.
Üstəlik, “effektiv” adlandırılan, əslindəsə tərkibi ibuprofendən ibarət olan dərmanlar “adi” preparatlarla müqayisədə baha satılır.
Belədirsə, pulumuzu verib səhhətimizlə niyə risk edirik?

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 894 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 545 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 000 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 556 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 180 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 575 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 376 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 934 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 431 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 914 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN