Bağayarpağı bu xəstəliklərin əlacıdır
14. 710 dəfə baxılıb
“Sələf Xəbər” Milli.Az-a istinadən bağayarpağı bitkisinin faydaları haqqında doktor Firuz Hüseynovun yazısını təqdim edir:
1. Əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik yaralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar vardırsa onda belə edin:
Bağayarpağı bitkisinin təzə yarpağını dərin, yuyun, üstünə inək yağı çörək üzərinə çəkilən kimi çəkin, sonra yumurulayın (xalça bükülən kimi) nazik məftillə bağlayın ki, açılmasın, sonra gümüşü yanmayan folqaya bükün və közün içinə qoyun, 20 dəqiqədən sonra götürün, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin.
2. Qastritdə və kolitdə bağayarpağı
Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur əl ilə stəkana tökülür, yarım stəkan üstünə təmiz su tökülüb, blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir. Bunu gündə üç dəfə edin, bağayarpağının içindəki hormonal təsirli maddələr sürətlə yaranın sağalmasına səbəb olur.
3. Daban mahmızında bağayarpağı
Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban üstünə qoyulur 2 saat. Səhərlər isə axşama qədər 1 ədəd enli yarpaq bağayarpağı daban üstünə qoyulur, nazik bağlanılır və corab geyilir. Bunu gündüzlər 3-4 saat edin.
4. Şəkər xəstəliyində bağayarpağı
Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bir stəkan qatığı və ya kefirə qarışdırılır yeyilir.
5. Bronxitdə bağayarpağı
Enli yarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı, 1 stəkan suda və ya süddə dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)