Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Bağayarpağının hansı müalicəvi xüsusiyyətləri var?

Sentyabr 09
17:48 2015

Bağayarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan istifadə olunur.

Belə hesab olunur ki, bu bitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir. Avisenna bu bitkini təzə və köhnə yaraların və xoraların müalicəsində istifadə etməyi tövsiyə edirdi.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, müasir xalq təbabətində də bu bitki yara və xora sağaldan vasitə kimi geniş istifadə olunur. Məsələ burasındadır ki, bu bitkinin tərkibində nadir metilmetionin (U vitamini) var ki, bu maddə mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.

Həmçinin bağayarpağının tərkibində K və C vitaminləri, fermentlər, orqanik turşular, fitonsidlər, büzücü və s. çox faydalı maddələr var.

Ənənəvi tibb də bağayarpağının müalicəvi xüsusiyyətlərindən istifadə edir. Bu bitki müxtəlif sidikqovucu, iltihab və mikrobəleyhinə, yarasağaldan və s. preparatların tərkibinə daxil edilir.

Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir.
– Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağını 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir.

– Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır.

– Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
Həzm sistemi xəstəlikləri zamanı, həmçinin bağayarpağı dəmləməsindən istifadə olunur. 2 xörək qaşığı xırda doqranmış təzə bağayarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda qapağı bağlı qazanda 5 dəqiqə ərzində saxlanılır. Soyuyanda dəmləmə yaxşı süzülür, yarpaqlar süzgəcdən sıxılır. Dəmləməni gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Nəzərinizə çatdıraq ki, bağayarpağı dəmləməsi və şirəsi mədə turşuluğunun azalması ilə müşayiət olunan pozulmalar zamanı istifadə olunur. Mədə turşuluğunun artması zamanı bu bitki istifadə olunmur.

– Bağayarpağı şirəsi, həmçinin diş və baş ağrılarını azalıdır, sakitləşdirici təsir edir, iştahanı artırır.

– Bağayarpağı şirəsi balla immuniteti möhkəmləndirir.

– Bağayarpağı dəmləməsi dəridə müxtəlif yaralar, çatlar, dəri xəstəlikləri zamanı vannalar və islatmalar üçün istifadə olunur. Əllərdə və ayaqlarda çatlar, yaralar zamanı 3 xörək qaşığı bağayarpağı 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və əl və ya ayaq vannaları üçün istifadə edin. Dəri xəstəlikləri zamanı (dermatit, ekzema və s.) bu dəmləmədə pambıq əski isladın və zədələnmiş sahəyə qoyub 1 saat saxlayın.

Dəridə olan köhnə yaralar və xoralar zamanı bağayarpağın təzə şirəsi istifadə olunur. Bu şirədə pambıq əski isladılır və yaraya qoyulur.
Kiçik yaralar, sıyrıntılar zamanı zədələnmiş yerə təzə bağayarpağı qoyun. Bunun üçün iri yarpağı yaxşı yuyun, bir qədər əzin və zədələnmiş yerə qoyub bintlə bərkidin.

Bu şirə, həmçinin yağlı problemli dəri üçün istifadə oluna bilər.
– Bağayarpağı şirəsi gözün buynuz qişasının müxtəlif travmaları zamanı istifadə olunur.
Bağayarpağı qanın laxtalanmasını artırır və bu səbəbdən sizdə varikoz xəstəliyi, tromblaşmaya meyillik varsa, bu bitkidən istifadə etmək olmaz.
Bu bitkidən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!

Sələf Xəbər: Uca Allah buyurur: “O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik”. (Qurani-Kərim, “Taha” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?” (Qurani-Kərim, “Şuəra” surəsi, 7-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 087 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 992 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN