Balığın sağlamlığa xeyri
1. 340 dəfə baxılıb
Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz. Aparılan araşdırmalar müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza yaxşı gəldiyini göstərir.
“Sələf Xəbər” Atv.az-a istinadən balıq istifadəsinin sağlamlığımıza faydalarını təqdim edir:
-Ürək xəstəliyini və iflicin qarşısını alır: Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.
-Xolesterinin maddələr mübadiləsini nizamlayır: Balığda bol miqdarda olan Omega-3, damar genişlədən, aqreqasyon önləyici təsiri var. Bu xüsusiyyətlərindən ötəri ürək və damar xəstəliklərinə qarşı qorunma təmin edər.
-Şəkər xəstələri üçün faydalıdır: Şəkər xəstələri, ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.
-Balıq prostat xərçəngini qarşısını alır: Omega – 3 yağlarının anti kanserogen təsiri müxtəlif araşdırmalar nəticəsində ortaya qoyulmuşdur. Elm adamları Omega – 3 yağlarınca zəngin bir diyetin şiş və metastas yaranmasını azaltdığını ifadə edirlər.
-Balıq qırışlara qarşı təsirlidir: Avstraliyada nəşr olunan bir araşdırmada, qidalanmanın dəri yaşlanmasıyla əlaqəli olduğunu ortaya qoydu. Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığı aydınlaşdı.
-Astma təhlükəsini azaldır: Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır.
-Balıq yemək xoşbəxtlik və enerji qaynağıdır: Balığın rahatlıq, xoşbəxtlik hissləri gətirən əhəmiyyətli bir əsəb sakitləşdirici olduğu ortaya çıxıb.
-Balıq yeyən qadınların uşaqları daha ağıllı olur: İngiltərədə edilən bir araşdırma hamiləlik dönəmində balıq yağı baxımından zəngin bir diyet tətbiq edən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqlarını ortaya qoydu.
-Balıq yemək üçün büdcənizi məcbur etməyə ehtiyac yoxdur: Bəzi balıqlar bahalıdır, amma ucuz balıqlar da var. Ət və toyuqda olduğu kimi, balığın yağlarını ayırmağa ehtiyac yoxdur.
-Yağ nisbəti azdır: İçində sağlamlıq üçün əhəmiyyətli olan Omega-3 yağı olmasına baxmayaraq, balıqlar ümumi olaraq daha az yağlıdır, kökəltmir.
-Ağlını itirmiş qocalıq və Alzheimer riskini azaldır. Balığda olan yağ asidi beyindəki iltihablanmanı önləyə bilir, beynin və sinir hüceyrələrinin inkişafını təmin edir.
-Omega-3 yağ turşularının Faydaları
Körpələr və Uşaqlarda
• Böyümə və inkişafını dəstəkləməsi
• Mərkəzi sinir sisteminin inkişafı
• Elmi qabiliyyətdə və təhsil müvəffəqiyyətinin, beyin inkişafının dəstəklənməsi
• Görmə itiliyinin artmasında köməkçi
• Qan və qan dövranı sağlamlığını qoruyur.
Xəstəlik və Sağlamlıqda / Yetkinlərdə
• Ürək krizi və ani zərbə riski
• Zehni sağlamlıq
• Əsəbiliyə və depressiya
• Şizofreniya, ağlını itirmə
• Diqqət əskikliyi
• Bağırsaq xəstəlikləri
• Ekzema və bir çox xəstəlik riskini və formalaşmasını azaldır
• Xolesterol metobolizmasını tənzimləyir
• Sümüklər üçün faydalıdı.
• Şəkər xəstəlikləri üçün faydalıdır
• Astma təhlükəsini azaldır.
Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)