Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ballı suyun misilsiz faydası

Mart 01
17:53 2016

Ballı su ən faydalı içkilərdən biridir.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, ballı suyu səhər oyandıqdan dərhal sonra (acqarına) və axşam yatmazdan 30 dəqiqə əvvəl içmək lazımdır.

1 çay qaşığı bal 1 stəkan təmiz (qaynanmış deyil, dükanlarda butulkalarda satılan) ilıq (isti olmaz!) suya əlavə edin, qarışdırın və kiçik qurtumlarla için.

Ballı suyun faydaları:

– immun sistemini möhkəmləndirir, orqanizmin davamlılığını artırır

– sakitləşdirir, stresi, gərginliyi azaldır

– həzm sisteminə antiseptik, mikrob, göbələk, qurd əleyhinə təsir göstərir, mikrofloranı yaxşılaşdırır

– bağırsaqları təmizləyir

– qaraciyərin fəaliyyətinə müsbət təsir edir, qaraciyəri möhkəmləndirir

– bronxit, zökəm, soyuqdəymə zamanı yaxşı müalicəvi təsir edir

– orqanizmi toksinlərdən və şlaklardan təmizləyir

– qanın tərkibinə müsbət təsir göstərir

– maddələr mübadiləsi proseslərini yaxşılaşdırır

– beyinin fəaliyyətinə müsbət təsir edir

– böyrəkləri təmizləyir

– dərinin vəziyyətini yaxşılaşdırır.

Ən azı 1 ay ərzində gündə 2 dəfə ballı su qəbul edin. Bu sizin sağlamlığınıza çox müsbət təsir göstərəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 68, 69-cu ayələr)
“Arılar – ən kiçik məxluqlardır ki, Uca Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 645 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 497 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN