Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Banan ye arıqla – yapon dieti

May 28
13:34 2015

Yapon alimi Xitoşi Vatanabe arıqlamaq üçün təqdim elədiyi vasitəni mətbuatda paylaşıb. Onun səhərlər edilən bu banan dieti bütün Amerikaya yayılıb. Vatanabe məsləhət edir ki, bu dieti həyata keçirmək üçün səhər yeməyinin əvəzinə ilıq su ilə banan yeyilsin. “Elə bu”- dəyə sual etsəniz, azca səbrli olun.

“Sələf Xəbər”in Atv.az-a istinadən məlumatına görə, Vatanabe deyib ki, bananla ilıq su içmək metabolizmanı gücləndirir və bu da arıqlamağa kömək edir. Həmçinin bananla ilıq su adamı tox tutur. Bundan əlavə nahar və şam yeməyi də yeyilsə belə, yenə də çəki itkisi baş verəcək. Yetər ki, orqanizm bu dieti qəbul edib metabalizmanı çalışdıra bilsin. Həm də banan dəyməmiş olsa, adamı daha yaxşı tox tutar.

Diqqət edək:
1. Hər axşam saat 12-də yatmaq lazımdır.
2. Bu saatda qətiyyən yemək olmaz.
3. Həmçinin süd məhsulları və içkidən uzaq olmaq lazımdır.
4. Fiziki hərəkət könüllüdür. Yəni mütləq deyil.
5. Bu diet tutulduğu müddətdə maye yalnız su olmalıdır.

Dietik menyu:
Səhər yeməyi: Bir və ya bir neçə kal banan və bir stəkan otaq temperaturunda su.
Nahar: özün seç.
Arada: yüngül qida, məsələn, meyvə ola bilər.
Şam yeməyi: özün seç. Lakin axşam yeməyi 20:00 gec yeyilməməlidir. Banan dietin xeyirli tərəfləri:

1. Metabalizmanın sürətli işləməsi və çəki azalma;
2. Kofeini rasiondan çıxarmaq qanda qlükozanın səviyyəsini və iştah azalmasına kömək edir;
3. Səhər tezdən bu qarışığı qəbul etmək artıq kalori almaqdan uzaq tutacaq;
4. Bu diet ərəfəsində rasiondan süd məhsullarını çıxartmaq piy və şəkəri məhdudlaşdırmış olarıq;
5. Banan vitamin və minerallarla zəngin bir meyvədir.

Banan dietinin mənfi tərəfləri
1. Bəzi orqanizm (əsas da hipoklekemiyalı) təmiz karbohidratı mənimsəyə bilmir.
2. Fiziki aktivlik məcbur deyil.

Orqanizmlər fərqlidir. Bir dietlə arıqlamaq baş tutmursa, orqanizmin mənimsəyə bildiyi dietə çatana kimi sınaqdan keçirmək lazımdır. Bu dieti də sınaqdan keçirməyə dəyər. Çünki bu, orqanizmə uyğun gələrsə, nəticəsi sizi heyran edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)

“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 647 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 351 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 771 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 360 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 010 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 355 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 194 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 767 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 247 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 759 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN