Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Beyinə ziyan vuran amillər

Aprel 30
19:09 2016

1. Yuxunun az olması
Yuxunun az olması beyinin fəaliyyətinə çox mənfi təsir edir, yaddaşın, diqqətin, kiçik motorikanın zəifləməsinə səbəb olur. Bu hal xroniki xarakter daşıyırsa, beynin hüceyrələri məhv olunmağa başlayır.

2. Səhər yeməyindən imtina
Səhər yeməyindən daim imtina edən insanın beynin fəaliyyəti pozulur. Səhər yeməyin olmaması qanda şəkərin səviyyəsinin düşməsinə səbəb olur. Bu isə beynin fəaliyyətini zəiflədir.

3. Şəkərin həddindən artıq miqdarda qəbulu
Sübut olunub ki, şəkərin həddindən artıq miqdarda qəbulu beynin fəaliyyətinə mənfi təsir edir, beynin qidalanmasını pozur.

4. Stress
Xroniki stress beynin sağlamlığına mənfi təsir edir, yaddaşı pozur və zehni zəiflədir.

5. Yuxu dərmanları və antidepressantlar
Bu preparatlardan süi-istifadə edən insanlarda yaddaşın, diqqətin pozulması, hətta kəmağıllıq inkişaf edə bilər.

6. Siqaret çəkmək
Siqaret çəkmək damarların (o cümlədən, beyin damarlarının) sıxılmasına səbəb olur. Bunun nəticəsində beyin ona lazım olan qidalı maddələri kifayət miqdarda almır. Bu isə, təbii ki, müxtəlif pozulmaların inkişafına təkan verir. Sübut olunub ki, siqaret çəkən insanlarda Alsheymer xəstəliyinin riski artmış olur.

7. Susuzluq
Susuzluq insanın sağlamlığına çox mənfi təsir edir. Xroniki susuzluq beyinin fəaliyyətini zəiflədir.

8. Məlumatların artıqlığı
Hər gün insan müxtəlif mənbələrdən (İnternet, televiziya və s.) çoxlu sayda müxtəlif məlumatlar alır. Məlumatların artıqlığı beyin üçün ziyanlıdır – stresə səbəb olur, yaddaşı zəiflədir.

(Saglamolun.az)

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah-Təala insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.

Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 974 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 605 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 084 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 619 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 237 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 644 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 436 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 989 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 495 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN