Beynə fayda verən mixək
988 dəfə baxılıb
Xörəkdə və çayda mixək işlətmək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir.
Yeməklərdə işlədilən ədviyyələr orqanizm üçün müəyyən qida maddələri təşkil etməklə yanaşı, xörəklərin dadını, ləzzətini artırır, orqanizmə daxil olan başqa qida maddələrin təsirini gücləndirir.
Həmçinin ədviyyələrin müəyyən müalicəvi-profilaktik xüsusiyyəti var.
Belə ədviyyələrin biri mixəkdır.
“Sələf Xəbər” “A24.az”-a istinadən onun müalicəvi xüsusiyyətini təqdim edir:
Orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir.
Xörəkdə və çayda mixək işlətmək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir.
Beyin üçün faydalıdır. Əhval-ruhiyyəni yaxşılaşdırır, ağızdan gələn pis qoxunu aparır.
Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. 1,6 q mixəyi döyəndən sonra südə qatıb bir müddət müntəzəm içmək cinsi fəaliyyəti gücləndirir.
Burun tutulması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)