Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Bir çox xəstəlikdən qoruyan giləmeyvə

May 30
17:14 2016

Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:
– güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir
– sinir sistemini sakitləşdirir, gərginliyi, stresi azaldır, yuxunu yaxşılaşdırır, baş ağrılarını müalicə edir
– qanda xolesterinin səviyyəsini aşağı salır
– orqanizmi şlaklardan və toksinlərdən təmizləyir
– soyuqdəymə xəstəlikləri zamanı yaxşı müalicəvi təsir edir
– avitaminozun qarşısını alır
– ürək xəstəlikləri, hipertoniya zamanı faydalıdır, ürəklə bağlı olan ödemləri azaldır, ürək əzələsini möhkəmləndirir
– yaxşı sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini duzlardan və mikroblardan təmizləyir, sistiti müalicə edir
– damarların dərmanıdır – damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun, insultun və infarktın profilaktikasıdır
– qanda şəkərin səviyyəsini aşağı salır
– onkoloji xəstəliklərin inkişafının qarşısını alır
– orqanizmi tonuslaşdırır.
Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (xora xəstəliyi, mədənin turşuluğunun artması ilə müşayiət olunan qastrit), hipotoniya (aşağı təzyiq) zamanı quşüzümü yemək olmaz.
Quşüzümündən müalicəvi içki resepti:
1 ovuc təzə quşüzümü blenderdə əzilir, üzərinə 1 stəkan isti su əlavə olunur. Dəmləməni qida qəbulundan əvvəl 1/3 stəkan olmaqla qəbul edin (qəbul etdikdən əvvəl qarışdırın). Belə dəmləmə hipertoniya, şəkərli diabet, baş ağrıları, istənilən iltihablar zamanı çox faydalıdır, damarları təmizləyir, orqanizmi möhkəmləndirir, xərçəngin profilaktikasıdır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:01601 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:35369 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:33364 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:30487 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:23510 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:30676 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:14237 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:46865 dəfə baxılıb
   

Tövbənin mənası və mərtəbələri – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅18 Yanvar, 2018🕔18:53250 dəfə baxılıb
   

Köhnəlib cırılmış dini kitabları nə edək? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅17 Yanvar, 2018🕔19:21277 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN