Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Bir çox xəstəliklərdən qoruyan müalicəvi brokkoli

Fevral 20
16:59 2016

Brokkoli çox faydalı və müalicəvi məhsuldur. Təəssüf ki, bu tərəvəz bizdə çox populyar deyil.
Qidalı liflərlə zəngin olan brokkoli bağırsaqları şlaklardan, toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir, həzm proseslərini yaxşılaşdırır.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, brokkoli bütün digər kələm növləri kimi azkalorilidir, orqanizmdə yağların mənimsənilməsini ləngidir və arıqlamağa yaxşı kömək edir.
Brokkolinin tərkibində beta-karotin var. Bu provitamin orqanizmdə A vitamininə çevrilir. A vitamini dərinin, saçların, dırnaqların vəziyyətinə müsbət təsir etdiyi üçün “gözəllik vitamin” sayılır.
Brokkolinin tərkibində nadir U vitamini də var. Bu vitamini “xora əleyhinə vitamin” adlandrırlar. U vitamini mədə-bağırsaq sistemində olan xoraların tez sağalmasına kömək edir.
Brokkoli ürək-damar sisteminə çox müsbət təsir edir, damarları möhkəmləndirir, pis xolesterinin səviyyəsini aşağı salır. Bildiyimiz kimi, artıq xolesterin damarlarda yığılaraq ateroskleroz xəstəliyinə səbəb olur. Ateroskleroz isə insult və infarktın əsas səbəblərindən biridir.
Sübut olunub ki, brokkoli sinir sisteminin fəaliyyətinə çox müsbət təsir edir. Son araşdırmalar göstərir ki, brokkoli autizm xəstəliyi olan uşaqlar üçün çox xeyirlidir.
Alimlərin fikirinə görə, xərçəngin profilaktikasında meyvə-tərəvəzlərin qəbulu ən əsas rollardan birini oynayır. Brokkoli kələmi xərçəng əleyhinə təsirinə görə birinci yer tutur.
Brokkolidə “indol-3-karbinol” və “sulforafan” maddələri aşkar olunub. Bu maddələr bir çox xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur.
Amerikada aparılan eksperimentlər zamanı süd vəzi xərçəngi olan siçanlara brokkolidən alınmış sulforafan yeridilirdi. Nəticədə xərçəng hüceyrələrinin sayı azalırdı və onların inkişafı ləngiyirdi. Həmçinin brokkoli ağ ciyər, mədə-bağırsaq sistemi xərçəngi və bir çox digər xərçəng növləri zamanı müalicəvi və profilaktik effektə malikdir.
Bu səbəbdən alimlər brokkolini “xərçəng əleyhinə” tərəvəz hesab edir və bu xəstəliklərin profilaktikası məqsədi ilə brokkolinin öz qidalanmasına daha tez-tez daxil etməyi tövsiyə edirlər.
Brokkolinin tərkibində olan sulforafan maddəsi, güclü iltihabəleyhinə təsirə malikdir və həmçinin immun sistemini gücləndirir.
Alimlərin fikrinə görə, tənəffüs sistemi iltihabları zamanı brokkoli çox yaxşı müalicəvi təsir edir, bronxları və ağ ciyərləri təmizləyir.
Fol turşusu ilə zəngin olan brokkoli anemiya zamanı çox faydalıdır. Hamilə qadınlar bu tərəvəzi öz qidalanmasına mütləq daxil etməlidir. Fol turşusu döldə mümkün olan sinir sistemi qüsurlarının qarşısını alır.
Brokkolini buğda və ya az miqdarda suda bişirmək daha yaxşıdır. Bu halda brokkolinin tərkibində olan faydalı maddələr saxlanılır.

Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)

“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar. Allah insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. İnsan o dərəcədə zalımdır ki, Allaha itaətsizlik göstərməyə cəsarət edir və Onun qarşısında öz vəzifələrinə başdansovma yanaşır. O, Allahın nazil etdiyi nemətlərinə görə şükür etməkdən boyun qaçırır və ona göstərilən mərhəmətini boynuna almır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bu və əvvəlki ayələrdə Uca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, onların haqqına bütövlükdə və ya ayrı-ayrılıqda bildirərək, insanları öz Xeyirxahına minnətdarlıq bildirməyə və Onu xatırlamağa çağırır. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 211 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 075 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 444 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 089 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 737 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 041 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 935 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 501 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 970 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 511 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN