Bu bitkilər əsəbləri sakitləşdirir
1. 100 dəfə baxılıb
Son günlər tez-tez əsəbiləşir, özünüzü cilovlaya bilmirsinizsə, təbiətin bəxş etdiyi möcüzəvi bitkilərə müraciət edin. Çünki bir çox bitkilər əsəbləri sakitləşdirmək xüsusiyyətinə malikdir.
“Sələf Xəbər” Avropa.infoya istinadən bu qəbildən olan bitkiləri və onlardan istifadə qaydalarını təqdim edir:
Nanə: 50 qram nanə, 50 qram su yoncası, 50 qram pişikotu kökünü qarışdırın. 1 stəkan qaynar suyun içərisinə 1 çay qaşığı bu qarışıqdan töküb 10 dəqiqə dəmləyin. Səhərlər və gecə yatmazdan öncə yarım stəkan için.
Limonotu: 1 stəkan qaynar suya 4-6 qram limonotu töküb 10 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2-3 stəkan için.
Soğan: Soğanı rəndələyib balla qarışdıraraq məcun halına gətirin. Səhərlər acqarına və gecə yatmazdan öncə 1 qaşıq yeyin.
Yarpız: 1 stəkan qaynar suya, 5 qram yarpız töküb 10 dəqiqə dəmləyin. Bu çaydan gündə 2-3 stəkan için.
Kişmiş: Kişmişi yumşalana qədər ilıq suyun içərisində saxlayın. Kişmişin rəngi çıxmış həmin suyu için, elə özünü də yeyə bilərsiniz.
Çobanyastığı: 1 stəkan qaynar suya 2 qram qurudulmuş çobanyastığı töküb 10 dəqiqə gözləyin. Səhərlər acqarnına bu çaydan 1 stəkan için.
Lavanda çiçəyi: 8-10 qram lavanda çiçəyini 1 stəkan qaynar suyun içərisinə töküb dəmləyin. Gündə 3-4 stəkan için.
Adaçayı: 1 stəkan qaynar suya 2-10 qram adaçayı töküb dəmləyin. Gündə 2 stəkandan artıq içməyin.
Yemişan: 3-4 ədəd yemişanı əzin. Bitkinin çiçəkləri və yarpaqları ilə birgə bu əzilmiş meyvələri 1 stəkan qaynar suya töküb dəmləyin. Gündə 2-3 stəkan içə bilərsiniz.
Qırmızı çuğundur: Salatlara əlavə edərək yeyə bilərsiniz. Çiy halda daha tez təsir edər. Ancaq buxarda bişmişi də faydalıdır. Alternativ olaraq gündə 3 stəkan çuğundur şirəsi içə bilərsiniz.
Portağal yarpağı: Portağal yarpaqlarını qaynadıb suyunu için.
Xardal toxumu: xardal toxumu toz halına salınıb gündə 0,50 qramını yeməklərə əlavə edə bilərsiniz.
Rozmarin: 1 stəkan suya, 10 qram rozmarin töküb 10 dəqiqə qaynadın. Gündə 3 stəkan için.
Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)