Bu orqanın sağlamlığı həyatımızın sağlamlığı deməkdir!
1. 064 dəfə baxılıb
Elm adamları, bağırsaqların sağlam qalması üçün mədənin arabir ac qalmasını məsləhət görürlər.
Məhz bu səbəbə görə, son bir neçə ildə bağırsaqlar davamlı olaraq araşdırılır.
“Sələf Xəbər” Sputnik.az-a istinadən məlumat verir ki, bəzi tibb ekspertləri bağırsaqlardakı zərərli bakteriyaların xərçəng, şəkər, ürək və damar, allergiya kimi xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ona görə də bağırsaqlardakı yararlı bakteriyaların artmasına yardımçı olan qidalar yemək lazımdır.
Zərərli bakteriyaların orqanizmin maddələr mübadiləsini, immunitet sistemini və enerji balansını pozduğu elmdə dəfələrlə sübut olunub.
Yediyimiz qidaların bəziləri yararlı, bəziləri də zərərli bakteriyaların bağırsaqda çoxalmasına səbəb olur.
Ət məhsullarını həddən artıq çox yedikdə bağırsaqlarda zərərli bakteriyalar sürətlə artır. Evdə hazırlanan turşu, tomat, qatıq və sirkə, kimi qidalar isə bağırsaqlarda yararlı bakteriyaların çoxalmasını təmin edir.
Elm adamları, bağırsaqların sağlam qalması üçün mədənin arabir ac qalmasını məsləhət görürlər. Həftədə 2 ya 3 gün axşam yeməyi yeməmək öz effektliyini göstərir və bağırsaqlardakı yararlı bakteriyaların artmasına səbəb olur.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyumuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.