Bu qidalardan istifadə edin dərmana möhtac qalmayın
1. 133 dəfə baxılıb
Bütün təbii meyvə-tərəvəzlərin orqanizmə öz faydaları var. Aşağıdakı məhsulların hər biri xüsusi faydalılığına görə sevilir. Dərmansız sağlam qalmaq üçün sadəcə bu qidaları qida rejiminizə daxil edin.
“Sələf Xəbər” Atv.az-a istinadən həmin qidaları təqdim edir:
1. Limon
Orqanizmdən artıq mayeni çıxarır, əvəzinə bolluca C vitamini ilə zənginləşdirir.
2. Yulaf
Orqanizmdən artıq çəkinin atılmasına kömək edir, sidikqovucudur. Orqanizmdən zəhərli xolesterini xaric etməyə kömək edir.
3. Kərəviz
Orqanizmi su və mikroelementlərlə təmin edir, böyrəyi təmizləyir, maddələr mübadiləsinin işini yaxşılaşdırır.
4. Brüssel kələmi
Az kalorili, yüksək miqdarda antioksidant yaradır, kalorinin yanmasına tez kömək edir və orqanizmdən artıq mayeni çıxarandır.
5. Zəncəfil
İmmun sistemini möhkəmləndirir, kalorinin yanmasına kömək edir və orqanizmdən artıq mayenin atılmasına kömək edir.
6. Çuğundur
Orqanizmdə antioksidant yaradır, bədəndən artıq mayeni çıxarır, canlandırıcıdır və bağırsaqları təmizləyir.
7. Alma sirkəsi
Orqanizmi şlaklardan təmizləyir, artıq mayeni çıxarır, həzm sistemini hərəkətə gətirir və arıqlamağa kömək edir.
8. Kələm
Ürək-damar sistemini gücləndirir və sidikqovucudur.
9. Quşüzümü şirəsi
İnfeksiyalara qarşı mübarizə aparır, antioksidantlarla zəngindir, dərini və orqanizmi canlandırır.
10. Badımcan
Artıq çəki ilə mübarizə aparır, orqanizmdən mayeni çıxarır və streslə mübarizə aparır.
11. Cəfəri
Cəfəri öz cavanlaşdırıcı xüsusiyyətləri ilə tanınır, dərini canlandırır, həzmi yaxşılaşdırır və nəfəsi təzələyir.
12. Kofeinli içkilər
Kofeinli hər bir içki sidikqovucudur.
13. Su
Su orqanizmdən artıq çəkinin atılmasına kömək edir. Suya limon və zəncəfil əlavə etmək orqanizmə yaxşı təsir edir.
14. Pomidor
Pomidoru bişmiş yox, çiy yeyilməsinə diqqət edin. Həmçinin xərçəng və ürək-damar xəstəliklərilə mübarizə aparır. Çox güclü antioksidandır.
15. Xiyar
Faydalı maddələr və mikroelementlərlə zəngin olan xiyar, artıq çəki, şəkərli diabet və xərçəng xəstəlikləri ilə mübarizə aparmağa kömək edir.
16.Qarpız
Bu giləmeyvə, görmə qabiliyyətini yaxşılaşdırır, böyrək sistemi xəstəlikləri ilə mübarizə aparmağa kömək edir. Lakin həddindən çox yeməyin.
17. Kök
Bağırsaqları təmizləyir, görmə qabiliyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir, yorğunluqdan azad edir, orqanizmi canlandırır.
18. Sarımsaq
İlin soyuq fəsli üçün əvəzolunmazdır. İmmuniteti möhkəmləndirir, qan təzyiqini aşağı salır, qanı təmizləyir, həzmi yaxşılaşdırır.
19. Ənginar
Orqanizmdən artıq mayeni çıxarır, böyrək, ciyər, bağırsaqları təmizləyir, şəkər xəstəliyində əla vasitədir.
20. Mərəçüyüd
Sidikqovucudur, qaraciyəri, ürəyi möhkəmləndirir, qan təzyiqini azaldır, artıq çəkidən xilas olmağa kömək edir.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir.
Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. O, Allahın nazil etdiyi nemətlərinə görə şükür etməkdən boyun qaçırır və ona göstərilən mərhəmətini boynuna almır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər.
O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)