Çayla bağlı 10 qadağanı siz də oxuyun
957 dəfə baxılıb
Çay insan orqanizmi üçün son dərəcə faydalı içkidir. Amma onun düzgün dəmlənməməsi və düzgün içilməməsi insan orqanizminə ziyan verə bilər.
“Sələf Xəbər” Trend-ə istinadən bu barədə məlumat verir.
Qadağa 1
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da “canavarın evə girməsi” effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, “çayı boş ürəyə içməyin”.
Qadağa 2
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü aşındırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.
Qadağa 3
Soyuq çay içmək olmaz: İsti və qaynar çay insana gümrahlıq verdiyi, şüur və görmə qabiliyyətini aydınlaşdırdığı halda, soyuq çay əks təsir göstərir: orqanizmə soyuq və rütubəti toplayır.
Qadağa 4
Tünd çay içmək olmaz: Tünd çayın tərkibində olan kofein və tein maddəsi başağrısı və yuxusuzluğa səbəb ola bilər.
Qadağa 5
Çayı çox dəmləmək olmaz: Əgər çayı çox dəmləsəniz, çay fenolu, lipoidi və efir komponentləri turşuyur. Bu da çayın həm şəffaflığını, dad və iy keyfiyyətini aradan qaldırır, həm də qida dəyərini aşağı salır. Belə ki, çay yarpaqlarında olan C və P vitaminləri, amin turşuları və digər dəyərli maddələr turşuyur.
Qadağa 6
Çayı dəfələrlə dəmləmək olmaz: Adətən 3-4-cü dəmləmədən sonra çay yarpaqlarında heç nə qalmır.
Qadağa 7
Yeməkdən qabaq çay içmək olmaz: yeməkdən əvvəl içilən çay mədə şirəsinin durulaşdırır. Odur ki, çayı yeməkdən ən azı 20-30 dəqiqə əvvəl içmək məsləhətdir.
Qadağa 8
Yeməkdən dərhal sonra çay içmək olmaz: çayda olan tanin protein və dəmirin bərkiməsinə səbəb olur. Əgər yeməkdən sonra çay içmək istəsəniz, 20-30 dəqiqə gözləmək məsləhətdir.
Qadağa 9
Dərmanı çayla qəbul etmək olmaz: Çinlilər deyirlər ki, çay dərmanın tərkibini dağıdır.
Qadağa 10
Dünənki çayı içmək olmaz: bir sutka qalan çay vitaminini itirməklə bərabər, yüksək miqdarda protein və şəkərə görə bakteriyalar üçün əla şərait yaradır.
Bir gün qalmış çay bir halda xeyirlidir. Əgər çay xarab olmayıbsa, ondan müalicə məqsədilə istifadə etmək olar. Belə ki, bir sütka qalmış çay turşu və ftorla zəngin olur. Kapilyarlarda qanaxmanın qarşısını aldığına görə qalmış çaydan ağız boşluğu iltihablarında, dil yaralarında, damaq qanamalarında, dəri zədələrində, irinliklərdə istifadə olunur. Dünənki çayla gözləri silmək gözyaşlarından sonra xoşəgəlməz hissi aradan qaldırır. Səhər dişləri fırçalamazdan əvvəl və yeməkdən sonra ağzınızı dünənki dəmlə yaxalasanız, həm dişləriniz möhkəmlənəcək, həm də təravət hissi yaradacaq.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.