Çəyirdəyi özündən daha faydalı və sərvət dəyərində olan – ƏRİK
2. 633 dəfə baxılıb
Hər dəfə ərik yeyəndə 1 milyon dolları çölə atırıq.
Bəs ərik çəyirdəyinin sərvət dəyərində olduğunu bilsəydiniz, yenə bu səhvinizi təkrarlayardınızmı?
Yəqin ki, bu yay kifayət qədər ərik yemisiniz və hər dəfə də çəyirdəklərini atmısınız. Bəs ərik çəyirdəyinin sərvət dəyərində olduğunu bilsəydiniz, yenə bu səhvinizi təkrarlayardınızmı?
Bəli, doğru anladınız, sağlamlıq üçün ən faydalı meyvələrdən biri olan əriyin çəyirdəyi də əsl şəfa mənbəyidir.
“Sələf Xəbər” XəzərXəbər-ə istinadən bildirir ki, bu meyvənin çəyirdəyinin ehtiva etdiyi B17 vitamininin 1 kilosu 1 milyon dollara satılır. B17 vitamini xərçəngin qarşısını alan ən təsirli vasitə hesab edilir. Bu vitamin ərik çəyirdəyinin içərisindəki ləpədən əldə edilir. Gündə 7 ədəd ərik ləpəsi yeyərək xərçəngə yaxalanmaq riskini sıfra endirmək olar.
Həmin ləpədən əldə edilən yağ da sağlamlıq üçün faydalıdır. Çünki doymamış yağdır və tərkibində bol miqdarda E vitamini var. Sözügedən yağ xolesterinin səviyyəsini aşağı salır, qəbizliyi aradan qaldırır, mədəyə yaxşı təsir edir. Qırışları azaltmaq, yuxusuzluğu və stressi aradan qaldırmaq üçün də bu yağdan istifadə etmək olar.
Bir daha ərik yeyərkən onun çəyirdəyinin özündən daha faydalı olduğunu unutmayın.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)