Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Çox faydalı – Balqabaq

May 06
17:19 2016

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir.

Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qaraciyər, öd üçün balqabaq xüsusilə faydalıdır – bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qaraciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir.
Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.

Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir, artıq xolesterini orqanimdən çıxardır.

Hamiləlik zamanı balqabaq toksikozla mübarizə etməyə kömək edir.

Sellülozla zəngin olan balqabaq qəbizlik zamanı yaxşı kömək edir, arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə uğurla istifadə oluna bilər.

Balqabaq karotinlə zəngindir. Görməsində pozulmalar olan insanlar üçün və xüsusilə uşaqlar üçün çox faydalıdır.

Balqabaq dəmirlə olduqca zəngindir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar bu tərəvəzi öz menyusuna mütləq daxil etməlidir.

Balqabaq şirəsi öskürklə mübarizə aparır, bronxları təmizləyir.

Balqabağın tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir.

Bundan əlavə balqabaq tumları antihelmint (qurdları öldürən) təsirinə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.

Müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema), yanıqlar zamanı təzə balqabaq effektli müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün təzə balqabağın 1 tikəsini götürüb, qabığını soymaq, əzmək və zədələnmiş sahəyə qoymaq lazımdır.

Balqabaq üz dərisinə də çox müsbət təsir edir, cavanlaşdırır, daha hamar və sağlam edir. Bu kimi cavanlaşdıran üz maskası reseptindən istifadə edə bilərsiniz: balğabağın kiçik tikəsi təzmizlənir, sürtgəcdən keçirilir. Ora 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maskanı üzünüzə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

(Atv.az)

Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)

“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Allah insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 946 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 583 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 049 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 592 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 215 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 617 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 408 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 962 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 468 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 943 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN