Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Çox xəstəliyə çarə – Dazıotu

Dekabr 23
19:41 2015

Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur.
Qədimdə bu otdan müxtəlif xəstəliklər zamanı geniş istifadə olunurdu. Müasir tibb də dazıotunun müalicəvi xüsusiyyətlərini təsdiq edir. Hal-hazırda bu ot onlarla müxtəlif dərmanların tərkibinə daxil edilir. Belə hesab olunur ki, dazıotu 100-dən artıq xəstəliklərin müalicəsində istifadə olunur.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sakitləşdirici, sidikqovucu təsirlərlərə malikdir. Dazıotu damarları möhkəmləndirir, orqanizmə şişəleyhinə təsir edir, orqanizmi cavanlaşdırır.
Müxtəlif xəstəliklər zamanı dazıotunun dəmləməsi istifadə olunur. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara, inhalyasiyalar şəkində və ya daxilə istifadə olunur.
Zökəm, nəfəs yolları iltihabları, öskürək zamanı dazıotu dəmləməsi ilə inhalyasiya etmək yaxşıdır. Dəmləməni enli qaba töküb buxarın üzərində nəfəs alın.
Boğaz ağrısı, angina, stomatit, diş əti iltihabları zamanı dazıotu ilə qarqara edin.
Dazıotu mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, öd kisəsi xəstəlikləri və s.) çox yaxşı müalicəvi təsir edir – iltihabı azaldır, selikli qişalarının bərpasına kömək edir, mikrofloranı yaxşılaşdırır. Dəmləməni qida qəbulundan 30 dəqiqə sonra 1 xörək qaşığı olmaqla gündə 3 dəfə qəbul edirlər.
Ürəyin fəaliyyətinin yaxşılaşdırılması və ürəyin möhkəmləndirilməsi üçün belə dəmləmə hazırlayın – 1 çay qaşığı dazıotu, 1 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı melissa, 1 çay qaşığı nanə termosda 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2-3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməni dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün dəmləməyə bal əlavə etmək olar.
Dazıotunun çox güclü sakitləşdirici təsiri var – stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir. Bu səbəbdən dazıotu bir çox sakitləşdirici preparatların tərkibinə daxil edilir. Ev şəraitində dazıotunu çobanyastığı, pişikotu kökü, melissa ilə qarışdırıb sakitləşdirici çay hazırlamaq olar.
Dazıotu dəmləməsi dəridə olan kiçik yaralar, xoralar, sıyrıntılar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir – dərinin bərpasını sürətləndirir. Dəmləmədə pambıq parça isladıb islatmalar şəklində istifadə edirlər.
Uşaqlarda bişməcələr zamanı dazı otu ilə vannalar çox yaxşı kömək edir.
Dəmləmə, həmçinin sızanaqlar zamanı da istifadə olunur.
Bütün digər müalicəvi otlar kimi, dazıotunun istifadəsindən əvvəl həkimlə məsləhətləşmək zəruridir. Bəzi xəstəliklər zamanı bu otun istifadəsi əks-göstərişdir.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 872 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 526 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 982 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 537 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 167 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 559 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 364 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 920 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 414 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 902 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN