Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Dadlı və faydalı kəklikotu çayı

Yanvar 06
17:34 2016

Bu ətirli ot qədim zamanlardan müxtəlif xəstəliklər və pozulmalar zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Müasir dövrdə də ətirli və müalicəvi kəklikotu çayı çox populyardır. Lakin bu çaydan fayda almaq üçün onu düzgün hazırlamaq lazımdır. 1/2 çay qaşığı quru kəklikotu 1 fincan qaynar suda dəmlənilir. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, çaya zövqə görə bal, limon, bıçağın ucunda darçın, zəncəfil əlavə etmək olar. Kəklikotunu adi qara çayla birlikdə dəmləmək olar. Bu halda 1 çay qaşığı qara çay 1 çay qaşığı kəklikotu ilə qarışdırılır və 1/2 l qaynar su ilə dəmlənilir. (Göstərilən dozaları artırmayın, çox miqdarda kəklikotunun qəbulu zəhərlənməyə səbəb ola bilər.)
Kəklikotu çayı orqanizmə güclü müalicəvi və profilaktik təsir edir:
– Mədə-bağırsaq sistemini dezinfeksiya edir, bağırsaqları toksinlərdən, ziyanlı bakteriyardan təmizləyir, köpü azaldır, disbakteriozu müalicə edir, qurdəleyhinə təsir edir.
– Öskürək zamanı yaxşı kömək edir, nəfəs yollarında iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.
– Soyuqdəymə xəstəlikləri zamanı belə çay virusəleyhinə təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
– Çay immun sistemini gücləndirir.
– Ağrıları azaldır.
– Orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır, depressiya ilə mübarizə etməyə kömək edir.
– Kəklikotu çayı tanınmış südartıran vasitədir.
– Əqli fəaliyyəti ilə məşğul olan insanlar üçün bu çay çox xeyirlidir – yorğunluğu azaldır, iş qabiliyyətini artırır.

Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 968 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 600 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 075 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 615 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 232 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 637 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 429 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 983 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 487 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 960 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN