Damarları sarımsaqla təmizləyin
1. 031 dəfə baxılıb
Kaliforniya Universitetinin alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, sarımsaq ekstarktı damarları xolesterindən təmizləyir və ürək xəstəliklərinin inkişafının riskini azaldır.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, xolesterin (yağa oxşayan maddə) qan damarlarının daxili divarlarında pilək şəkilində yığılır ki, nəticədə damarlar daralır, öz elastikliyini itirir, iltihablaşır. Bu isə ürək-damar sistemi xəstəliklərinin, infarktın inkişafına səbəb olur.
Xarici mətbuatın məlumatına görə, araşdırmalarda müxtəlif yaşlarda olan (40-75 yaş arası) 55 nəfər insan iştirak edib. İştirakçıları 2 qrupa bölüblər. Bir qrupa daxil olanlara hər gün 2400 mq sarımsaq ekstarktı verilirdi, 2-ci qrup isə ekstraktı almırdı. Eksperiment 1 il ərzində davam edib. İştirakçılar eksperimentdən əvvəl və eksperiment qurtardıqdan sonra ürək-damar sisteminin müayinəsindən keçiblər.
Araşdırma qurtardıqdan sonra məlum olub ki, sarımsaq ekstraktı qəbul edən insanların damarlarında xolesterin piləklərinin sayı xeyli azalıb.
Bundan əvvəl keçirdilən araşdırmalar göstərib ki, xırda doğranmış təzə sarımsaq ürəyin fəaliyyətinə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır. Diabet xəstələrində sarımsağın qəbulu ürək xəstəliklərinin inkişafının riskini azaldır.
Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)