Dəm qazından zəhərlənmə zamanı ilk yardımı necə etməliyik?
909 dəfə baxılıb
“Sələf Xəbər” Milli.az-a istnadən xəbər verir ki, bu il ərzində dəm qazından zəhərlənmə ilə bağlı FHN-in Gəncə Regional Bölməsinə 38 müraciət daxil olub. Baş verən hadisələr nəticəsində 39 nəfər xəsarət alıb, 2 nəfər isə dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, bütün bayılmaların səbəbi heç də dəm qazı deyil, bu kimi hallar hamam otaqlarının kiçikliyi və orada nəfəsliklərin qapalı olmasından da yaranır. Faciəvi sonluqla üzləşməmək üçün hər bir vətəndaş Təcili Tibbi Yardım avtomobili gələnədək xəstəyə ediləcək ilkin yardımları bilməlidir.
Marina Həsənova – Gəncə Şəhər TTYX-nın baş həkiminin müavini: “İlk növbədə xəstəni havaya çıxarmaq lazımdır. Həmin vaxt qıcolma baş verə bilər. Qıcolma zamanı xəstənin əsasən baş nahiyəsi qorunmalıdır ki, bayılarsa, travma almasın”.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)