Dərmanların qiyməti qalxdı
1. 007 dəfə baxılıb
Ötən gün Tarif Şurası dərmanların qiymətlərinə yenidən baxib.
Ötən gün Tarif Şurası dərmanların qiymətlərinə yenidən baxib. Həm qiyməti tənzimlənən dərmanlar siyahısına yeniləri əlavə olunub, həm də qiyməti əvvəl müəyyənləşdirilmiş dərmanların dəyəri manatın yeni məzənnəsinə uyğunlaşdırılıb.
“Sələf Xəbər” XəzərXəbərə istinadən məlumat verir ki, Tarif Şurasının dünənki iclasında daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilib. Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib. Bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir. Qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcək.
Bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb.
Belə ki, manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə – 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə, yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır. Bu isə, manatın məzənnəsinin dəyişdiyi dövrdə dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin sosial əhəmiyyətini daha da artırır.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:“Ey Allahın qulları, müalicə olunun! Allah-Təala bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)