Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Dişləri ev şəraitində bu üsullarla ağartmaq mümkündür

Fevral 02
09:42 2016

Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq mümkündür.

“Sələf Xəbər” Atv.az-a istinadən nəzərinizə çatdırır ki, bəzi sadaladığımız vasitələrdən tez-tez istifadə etmək olmaz, bu diş emalının zədələnməsinə səbəb ola bilər. Dişləriniz çox həssasdırsa, daha diqqətli olmalısınız.

1. Duz: Diş fırçasını narın duza batırıb dişlərinizi fırçalayın. Bunu həftədə 1 dəfədən artıq etmək olmaz. Digər üsul – diş fırçasına bir qədər diş məcunu sıxın, üzərinə duz tökün və dişlərinizi fırçalayın.

2. Banan qabığı: Banan qabığının içi ilə dişlərinizi yaxşı sürtün, 10 dəqiqə gözləyin və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Bu üsul diş emalına, təbii ki, mənfi təsir etmir.

3. Soda: Soda ən yaxşı ağırdıcı vasitədir. Diş fırçasına az miqdarda diş məcununu sıxın, sodaya batırın (2-3 damcı limon şirəsi də sıxa bilərsiniz) və dişlərinizi yaxşı təmizləyin. Bu üsuldan tez-tez istifadə etməyin – diş emalı zədələnə bilər. Bu üsuldan həftədə 1 dəfə istifadə etmək olar.

4. Hidrogen peroksidi + soda: Bu ən effektli üsuldur. Lakin ehtiyatlı olmaq lazımdır. 1 çay qaşığı sodanı az miqdarda 3%-li hidrogen peroksidi ilə qarışdırın (pasta kimi alınmalıdır) və dişlərinizi 3 dəqiqə ərzində yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın. Bu üsuldan həftədə 1 dəfə istifadə edin.

5. Çay ağacı yağı: Çay ağacı dişləri ağardır və həmçinin damaqları möhkəmləndirir, ağız boşluğuna antiseptik təsir edir, ağızdan gələn pis qoxunu yox edir. Bu üsul dişlərə heç bir mənfi təsir etmir.

Dişlərinizi adi qaydada diş məcunu ilə yaxşı təmizləyin, sonra fırçanı yuyun və üzərinə 3 damcı çay ağacı yağı əlavə edib dişlərinizi yenidən təmizləyin.
Bunu gündə 1 dəfə 1 ay ərzində etmək lazımdır.

6. Limon və limon şirəsi: Limon həm dişləri ağardır, həm də damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Diş fırçasına diş məcunu sıxın, üzərinə 2-3 damcı limon şirəsi əlavə edin və dişlərinizi yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın.

Bir dilim limon götürüb dişlərinizə və damaqlarınıza sürtün və daha sonra ağzınızı yaxşı yaxalayın.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!”(Qurani-Kərim, “Tövbə”surəsi, 108-ci ayə)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Təmizlik (pak olmaq) imanın yarısıdır”. (Müslim)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN