Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Dişləri təmizləməyin yeni üsulu

Sentyabr 12
17:07 2015

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, “Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu və diş təmizliyində geniş şəkildə istifadə edilir. Deyilənə görə, hətta Hollivud ulduzları sağlam və ağappaq dişlərinə görə bu üsula borcludurlar. Bəs “oil pulling” necə tətbiq edilir və faydalı cəhətləri nələrdir?

Əslində, bu, yeni bir üsul deyil. Qədim zamanlardan bəri insanlar dişlərini təmizləmək üçün yağdan istifadə ediblər. Ancaq sonradan diş məcunlarının kəşfi bu üsulun unudulmasına səbəb olub. Son illər isə diş həkimləri dişləri yağla təmizləməyin çox effektli olduğunu bildirirlər. Mütəxəssislər “oil pulling”in bir çox xəstəliyi və problemi aradan qaldırdığını vurğulayırlar.

“Oil pulling” ağızdan toksinlərin və bakteriyaların təmizlənməsini təmin edir. Dişləri ağardır. Ağız boşluğundakı bakteriyalar məhv olduğu üçün ümumilikdə insanın səhhəti yaxşılaşır, bakteriyaların səbəb olduqları problemlər aradan qalxır.

Bu üsulu tətbiq etmək üçün yüksək keyfiyyətli kokos yağı və ya zeytun yağı almalısınız. Ancaq sadəcə kokos yağı antibakterialdır. Ona görə də, məcbur olmasanız, zeytun yağından istifadə etmək tövsiyə olunmur.

“Oil pulling” necə tətbiq edilir?

1.Bir çay qaşığı yağı ağzınıza alın.
2. Yağı 20 dəqiqə ərzində ağzınızda çalxalayın. Yağı udmaq, boğaza doğru ötürmək olmaz.
3. 20 dəqiqədən sonra ağzınızdakı yağı tüpürün.
4. Ağzınızı təmiz su ilə 2-3 dəfə çalxalayın.
5. Təbii tərkibli diş məcunu ilə dişlərinizi fırçalayın.

Diqqət!

“Oil pulling” zamanı bir neçə nüansa diqqət etmək lazımdır.

*Bu üsul, adətən, acqarına tətbiq edilməlidir. Odur ki, səhər yuxudan oyanan kimi etməyiniz daha məqsədəuyğundur.

*Su, çay içmisinizsə, yemək yemisinizsə, 40 dəqiqə gözləyin. Yemək yedikdən dərhal sonra “oil pulling” etmək olmaz.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 883 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 536 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 992 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 547 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 173 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 568 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 369 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 929 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 423 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 907 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN